“Şahdəniz” konsorsiumu 2014-cü il sentyabrın 20-də Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimini keçirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı jurnalistlərə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.
““Cənub Qaz Dəhlizi” öz başlanğıcını “Səngəçal” terminalından götürür, “Şahdəniz” yatağından hasil edilən qaz bu terminala gətirilir. Sentyabrın 20-də biz bu dəhlizin bir hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində təməlqoyma mərasimi keçirəcəyik”,- deyə o qeyd edib.
Xəbər verildiyi kimi, “Saipem/Azfen” konsorsiumu Cənubi Qafqaz Boru Kəməri magistralının genişləndirilməsi layihəsi çərçivəsində tikinti işləri üzrə podratçı seçilib. Müqavilənin dəyəri $735 mln. təşkil edir. Bu müqavilə üzrə işlərin həcminə Azərbaycanda Gürcüstanla sərhədə qədər 428 kilometr uzunluğunda boru kəməri və müvafiq yerüstü qurğuların, o cümlədən Gürcüstan ərazisində 59 kilometr uzunluğunda qaz kəməri və müvafiq yerüstü qurğuların tikintisi daxildir. Tikinti işlərinin 2015-ci ilin yanvar ayında başlanması planlaşdırılır. Boru kəmərinin Gürcüstan hissəsinin tikintisi üzrə mexaniki işlər 2016-cı ilin sonuna, Azərbaycanda isə 2017-ci ilin sonuna qədər başa çatacaq. Xəbər verildiyi kimi, 2014-cü ilin sonunda boruların birinci partiyasının Azərbaycana tədarükü gözlənilir.
Uzunluğu 690 km olan Cənubi Qafqaz boru kəməri magistralı (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətidir.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Türkiyə və Avropaya ildə 16 mlrd. kubmetr qazın nəqlinin təmin edilməsi üçün boru kəmərinin ötürmə qabiliyyətinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) genişləndirilməsini nəzərdə tutur. Genişləndirmədən sonra boru kəmərinin ötürümə qabiliyyəti ildə 25 mlrd. kubmetrə çatacaq.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət