Caspian European Club (CEIBC) və Caspian Energy İnternational Media Group sentyabrın sonunda Astraxanda keçiriləcək Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkili ilə bağlı CEİBC-nin irəli sürdüyü təşəbbüsü dəstəklədiyinə görə beş Xəzəryanı dövlətin prezidentinə - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Türkmənistanın Prezidenti Qurbanqulu Berdımuhəmmədov və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə dərin minnətdarlığını bildirir.
CEIBC-in baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilk dəfə“beş Xəzəryanı dövlətin Sammiti çərçivəsində keçiriləcək biznes-forum beştərəfli iqtisadi əlaqələrin inkişafına, həmçinin Xəzər regionu ölkələrinin – Caspian European Club üzvlərinin sahibkarlarının biznes təşəbbüslərinin daimi dəstək platformasının yaranmasına xidmət edəcək”.
Xatırladaq ki, Caspian European Club (CEIBC) və Caspian Energy İnternational Media Group 2014-cü ilin yanvarında Klubun 500-dən artıq üzv şirkətləri adından beş Xəzəryanı dövlətin rəhbərinə 2014-cü ilin payızında Astraxanda beş Xəzəryanı dövlət prezidentinin Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkili təşəbbüsünü dəstəkləmək təklifi ilə müraciət qəbul etmişlər.
Onu da qeyd etmək yerinə düşər ki, bu il dünyanın 50-dan artıq ölkəsində qeydiyyatdan keçmiş Caspian Energy brendinin 15 yaşı tamam olur. Bu əlamətdar hadisə ilə bağlı Caspian Energy jurnalının yubiley nömrəsinin nəşri planlaşdırılır.
Arayış:
Caspian Energy International Media Group 1999-cu ildən fəaliyyət göstərir. Müxtəlif hesablamalara görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrlərinin ilk beşliyinə daxildir. Bir çox sərmayədarlar adları qeyd olunan regionlarda özlərinin fəaliyyətini müəyyənləşdirmək üçün bu nəşrdən oriyentir kimi istifadə edirlər. Caspian Energy jurnalı dünyanın 50 ölkəsində yayılır. Jurnalda MDB və Aİ dövlətlərinin prezident və baş nazirlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.
CEIBC-in sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
CEIBC 2002-ci ilin iyununda Caspian Energy İnternational Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib.
Əlavə məlumat üçün:
Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət