Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle hesab edir ki, Dağlıq Qarabağın işğalından fərqli olaraq, Krımda baş verən hadisələr “qanunsuz ilhaq” olub.
“Hesab edirəm ki, Krım və Qarabağı müqayisə etmək düzgün deyil. Krımda qanunsuz ilhaq baş verib. Moskva bu faktı təsdiq edir, bu isə danışıqları sıfıra endirir”, - deyə Ş.Füle çərşənbə axşamı Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin IV qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında bəyan edib.
“Qarabağa gəlincə, burada sülh yolu ilə nizamlanmaya imkan yaradan beynəlxalq çərçivələr mövcuddur. Tərəflərin siyasi iradəsi olduğu zaman biz münaqişəni həll edə biləcəyik”, - deyə Avropa komissarı bildirib.
Moldova baş nazirinin müavini, xarici işlər naziri Nataliya German Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək Moldovada bu cür hadisənin baş verəcəyinə şübhə ilə yanaşıb.
“Ukraynada baş verən hadisələri narahatlıqla izləyirik. Biz Krımın qanunsuz ilhaqını heç vaxt dəstəkləməyəcəyik. Və biz Ukraynanın şərqində münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyirik. Lakin hesab etmirik ki, Ukraynada münaqişə Moldovaya keçə bilər. Açıq şəkildə qeyd etmək istərdim ki, Ukraynada baş verənlərə baxmayaraq, biz seçimimizi etmişik və gələcəkdə Aİ-nin üzvü olmaq niyyətindəyik. Əminik ki, bizi kursumuzdan heç nə uzaqlaşdıra bilməyəcək. Bütün yaxın və uzaq xarici ölkələr seçimimizə hörmət etməlidir”, - deyə N.German qeyd edib.
Ukrayna XİN başçısının müavini Yelena Zerkal məlumat verib ki, görüşdə “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazilərində mövcud olan bütün dondurulmuş münaqişələr müzakirə edilib.
“Qeyd edilib ki, Rusiya ilə bağlı açıq strategiya olmalıdır. Hazırda biz Rusiyaya qarşı təkik, lakin bu məsələdə Avropa İttifaqının köməyinə ümid edirik”, - deyə Y.Zerkal vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət