Rusiyanın “Qaz Emalı üzrə Elmi- Tədqiqat və Layihə İnstitutu” ASC Azərbaycan Qaz Emalı Zavodunun (AzQEZ) yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) hazırlayacaq. Bu barədə ASC-nin məlumatında bildirilir.
“Qaz Emalı üzrə Elmi-Tədqiqat və Layihə İnstitutu” ASC SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ilə qeyd olunan işlərin yerinə yetirilməsi haqqında müqavilə bağlayıb.
“Müqavilənin bağlanmasından əvvəl 2013-cü ildə SOCAR Rusiya və xarici şirkətlərin iştirakı ilə beynəlxalq tender elan edib. Qaz Emalı üzrə Elmi-Tədqiqat və Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış təklif sifarişçilər tərəfindən daha səmərəli hesab edilib. Təklifin qiymətləndirilməsinin yekunları üzrə institut tenderin qalibi elan edilib”,- deyə məlumatda bildirilir.
Qeyd edilir ki, Azərbaycanın ən böyük neft şirkətlərindən biri ilə əməkdaşlıq ASC-yə öz layihələrinin coğrafiyasını genişləndirməyə və beynəlxalq status almağa kömək edəcək.
“İnstitut tender təklifini İtaliyanın məşhur “Siirtec Nigi S. p. A.” şirkəti ilə birlikdə hazırlayıb. Bu, bizm müsabiqə layihəmizi daha da rəqabət qabiliyyətli və sifarişçi üçün cəlbedici etdi. “Siirtec Nigi S. p. A” layihədə institutun subpodratçısı kimi iştirak edəcək: hər iki şirkətin mütəxəssisləri “Qaradağ” QEZ-də avadanlıqların instrumental yoxlanılmasını birgə həyata keçirəcəklər”,- deyə məlumatda bildirilir.
Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Qaz Emalı Zavodu 1961-ci ildə istismara verilib. Zavod ildə 4,5 mlrd. kubmetr qaz emal etmək gücünə malikdir. 1983-86-cı illərdə zavodun gücü ildə 6,5 mlrd. kubmetrə çatdırılıb. Zavodda 1983-cü ildə maksimal həcmdə - 6,12 mlrd. kubmetr qaz emal edilib.
AzQEZ-də təbii qaz “Azəriqaz” İB-nin qazpaylayıcı sisteminə çatdırılmaq üçün emal edilir. Emal prosesində əldə edilmiş yüngül karbohidrogenlər ayrılaraq benzin və maye qazın alınmasında istifadə olunur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət