Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov Qətərin Səhiyyə Nazirliyinin nümayəndə heyətini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATU-dan məlumat verilib.
Görüş zamanı Ə.Əmiraslanov qonaqlara ali məktəbin fəaliyyəti və klinikaları barədə məlumat verib. ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən rektor hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu qonaqların diqqətinə çatdırıb.
Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi var və onlardan təxminən 1100 nəfəri əcnəbilərdir.
Ə.Əmiraslanov, həmçinin ATU-nun müasir tibb avadanlıqları ilə təchiz olunmuş 4 klinikasının fəaliyyət göstərdiyini, burada həm tədris prosesinin həyata keçirildiyini, həm də əhaliyə keyfiyyətli tibb xidməti göstərildiyini bildirib. Qeyd olunub ki, universitetdə 1000 nəfərlik professor-müəllim heyəti çalışır.
Qətər dövlətinin Səhiyyə Nazirliyinin təmsilçiləri də ölkələrində tibb təhsilinin səviyyəsi haqqında məlumat veriblər. Bildirilib ki, Qətərdə ali tibb təhsili verən müəssisə yoxdur, yalnız tibb kolleci var. Nümayəndə heyətinin üzvləri Azərbaycanın Qətərdə tibb universitetinin yaradılmasına dəstək göstərəcəyinə ümidvar olduqlarını deyiblər.
Ə.Əmiraslanov azərbaycanlı mütəxəssislərin Qətərə kömək etməyə hazır olduqlarını bildirib.
A.Zeydullayeva
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət