Bank kartlarından istifadə edərək internet ödəmələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə, “Bank Technique” ASC MasterCard kartlarını da pulsuz olaraq “3D Secure” texnologiyasına qoşulmasını təmin edib. Xatırladaq ki, bir qədər əvvəl VISA kart sahibləri bu xidmətdən yararlanmağa başlamışdılar.
“3D Secure” texnologiyası kart məlumatları sızdıqda belə, başqa şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulma mütləqdir).
“3D Secure” proqramında qeydiyyatdan buradan keçmək mümkündür: https://acs.3dsecure.az/way4acs/enroll. Qeydiyyatdan sonra, “3D Secure” texnologiyasının dəstəkləyən saytlarda (bir qayda olaraq, “Verified By Visa” və “MasterCard® SecureCode™” loqotipləri ilə işarələnir), alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq birdəfəlik şifrəni də daxil etmək lazım olacaq.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 29 filial və 26 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət