Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantların andiçmə mərasimi keçirilmişdir. Akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirak etdikləri təntənəli mərasimdə Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Kursantları və onların valideynlərini bu əlamətdar hadisə münasibəti ilə təbrik edən Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev bildirmişdir ki, bu gün kursantlar Vətənə sədaqət andı içərək, ölkəmizin və xalqımızın müdafiəçiləri sırasına qoşulacaqlar: «Seçdiyiniz peşə müqəddəs peşədir, Vətəni qorumaq, onu müdafiə etmək peşəsidir. Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz bir dəfə hərbi and içirik və həyatımızın sonuna kimi andımıza sadiq olmalıyıq, çünki bu, Vətənə, xalqa, ana torpağa, müstəqil Azərbaycan dövlətinə sədaqət andıdır, şərəf, namus və vicdan məsələsidir. Bu, şüurlu vətəndaş andıdır».
Qeyd olunmuşdur ki, hərbi andı qəbul edən hərbi qulluqçu vəzifəsinə şüurlu münasibət bəsləməli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, doğma torpağını, xalqını, dövlətini sonsuz bir məhəbbətlə sevməli, lazım gələrsə bu yolda canından belə keçməyə hazır olmalıdır. Eyni zamanda, hərbi qulluqçu mövcud qanunları bilməli, hərbi nizamnamələrin tələblərini dəqiq və şüurlu surətdə yerinə yetirməli, komandirlərin və rəislərin əmrlərini sözsüz və vaxtında icra etməlidir. O, peşə vərdişlərini daim təkmilləşdirməlidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev MTN-in əməkdaşları ilə görüşlərinin birində demişdir: «Nizam-intizam Milli Təhlükəsizlik Nazirliyinin işinin əsasını təşkil edən amillərdən biridir. Siz hərbi qulluqçusunuz. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Milli Təhlükəsizlik Nazirliyinin hər bir işçisi bilməlidir ki, nizamnamə, Konstitutsiya hər birimiz üçün rəhbər və istiqamətverici sənədlərdir».
General-mayor İ.Allahverdiyev qeyd etmişdir ki, mərasimdə iştirak edən hər bir gənc xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantı olmaqdan qürur və şərəf duymalı, bu ada layiq olmalıdır. Əməliyyat işçisi olmaq, təhlükəsizlik orqanlarında qulluq etmək olduqca məsuliyyətli və şərəfli işdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatının 25 ilini məhz bu orqanlarda xidmətə həsr etmiş, leytenant rütbəsindən general rütbəsinə kimi yüksəlmiş, bu orqanlarda öz peşəkarlıq məktəbini yaratmışdır. Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevi özlərinin əbədi və fəxri rəhbəri hesab edirlər.
MTN-in Heydər Əliyev adına Akademiyasının yaradılması və formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan natiq, ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğını xüsusi vurğulamışdır. İ.Allahverdiyev bildirmişdir ki, Akademiyanın şəxsi heyəti ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi tədbirlərə, əhalinin bütün təbəqələrinin, o cümlədən məxfi xidmət işçilərinin rifahının yaxşılaşdırılmasına və bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin inkişafı üçün görülmüş böyük işlərə görə ulu öndər və onun işinin layiqli davamçısı, möhtərəm Prezidentimizə ürəkdən minnətdardır.
Bu gün milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun təşəbbüsü, rəhbərliyi və nəzarəti altında Akademiyanın inkişafı üçün böyük işlər görülür. General-polkovnik Eldar Mahmudovun rəhbərliyi ilə milli təhlükəsizlik orqanları təhlükəsizliyin təmini, cinayətkarlıqla, onun ağır və transmilli növləri ilə mübarizədə böyük uğurlara imza atırlar. Gənc kursantlarımız da Akademiyanı bitirdikdən sonra bu fəaliyyətdə birbaşa iştirak edəcək və müstəqilliyin, dövlətçiliyin, milli maraqların qorunmasına öz töhfələrini verəcəklər.
Akademiyaya rəhbərlik edən, ulu öndərimizlə çiyin-çiyinə təhlükəsizlik orqanlarında uzun müddət qulluq etmiş, general-leytenant Ziya Yusif-zadənin zəngin təcrübəsi, idarəçilik qabiliyyəti sayəsində Akademiya respublikamizin aparıcı ali təhsil ocaqlarından birinə çevrilmişdir. Professor-müəllim heyəti uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş bilikli və təcrübəli zabitlər hesabına komplektləşdirilmişdir. Akademiyada kursantların istifadəsinə verilmiş tədris korpusları, yataqxanalar, yeməkxanalar, kompüter və linqofon kabinetləri, kriminalistika laboratoriyası, yay və qış idman kompleksləri, zəngin kitabxanalar ən yüksək standartlara cavab verir.
Çıxış edən gənc kursantlar onlara ulu öndər Heydər Əliyevin adını daşıyan bu Akademiyada təhsil almaq imkanı yaradıldığı üçün MTN-in rəhbərliyinə minnətdarlığını bildirmiş, özünün və yoldaşlarının adından təlim-tədris və fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz vermişdir. Təntənəli mərasimdə valideynlər də çıxış edərək övladlarının Akademiyanın kursantları cərgəsinə qoşulmalarından böyük qürur duyduqlarını, yaradılmış nümunəvi şəraitə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında mətin addımlarla tribuna önündən keçmişlər.
Sonra təhsil müəssisəsinin akt zalında Akademiyanın bir qrup rəhbər heyəti valideynlərlə görüşmüş, kursantlar üçün yüksək səviyyədə yaradılmış təlim-tədris və məişət şəraitindən danışmış, verilən sualları cavablandırmışlar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət