SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Xəzərin Azərbaycan sektorunda “Ümid” yatağında işlənmənin əvvəlindən indiyədək 490 mln. kubmetr qaz hasil edilib. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının saytında dərc edilmiş müsahibəsində məlumat verib.
“Ümid” yatağında hasilata 2012-ci ilin sentyabrında başlanılıb.
“Hazırda “Ümid” yatağında aparılmış 3D seysmik tədqiqatların nəticələri yekunlaşdırılır”,- deyə o qeyd edib.
Şirkət rəhbəri bildirib ki, SOCAR yaxın vaxtlarda “Naxçıvan”, “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa perspektivli əsaslı işlərə başlamaq niyyətindədir.
Fransanın “TOTAL” və “Gaz de France Suez E&P” şirkətləri ilə birlikdə işlənən “Abşeron” yatağından bəhs edən R.Abdullayev qeyd edib ki, yatağın ilkin fazasının işlənilməsi layihəsi hazırlanır. İlk qazın əldə edilməsi 2021-ci ilə planlaşdırılır.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. Hazırda SOCAR “Ümid” və “Babək” yataqlarının birgə işlənilməsi üçün tərəfdaş seçir.
Xəbər verildiyi kimi, “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), “TOTAL” (40% - operator) və “GDF Suez” (20%) şirkətləridir. Müqavilə ratifikasiya edilib və hüquqi qüvvəyə minib. Müqavilə 30 il müddətinə bağlanıb və 747 kv. metr ərazini əhatə edir.
2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunun qazma işlərinin nəticələri “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının (350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat) olmasını təsdiqləyib
“Abşeron” bloku Bakıdan 100 km məsafədə və 500 metr dərinlikdə yerləşir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət