Ermənistan KİV-lərinin Serbiyanın xarici işlər naziri İ.Daçiçin bəyanatını təhrif etməsi və bu yalanı Serbiyanın rəsmi “Tanyuq” informasiya agentliyinin adından təqdim etməyə çalışması bu ölkədə saxtakarlıq kampaniyasının daha da genişlənməsindən xəbər verir. Belə bəyanatla Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov çıxış edib.
“Bizm ermənilərin regionun tarixi keçmişini təhrif etmə cəhdlərinin qarşısını almağımız onları dayandırmadı, indi onlar eyni məqsədlə – öz ictimaiyyətlərinin fikrni yayındırmaq üçün bizim bu günümüzü təhrif etməyə çalışırlar. Göründüyü kimi, Ermənistan tərəfi öz xalqını Azərbaycana qarşı yürütdüyü işğal siyasətinə qarşı hər yerdə səsləndirilən məzəmmətlə tanış etmək əvəzinə, yalnız alimlərə deyil, son zamanlar xarici siyasi liderlərin adlarından istifadə etməklə onların demədikləri və prinsip etibarilə deyə bilməyəcəkləri fikirlərlə saxtalaşdırmanın miqyasını genişləndirir”,- deyə F.Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
F.Axundovun sözlərinə görə, yaxın vaxtlarda kitab İnternetə çıxarılacaq. Həm də erməni ictimaiyyəti real vaxt rejimində müxtəlif ölkələrin liderlərinin və beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və fasiləsiz səslənməkdə davam edən yeni bəyanatları ilə tanış ola bilərlər.
Ötən həftə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Bakıya rəsmi səfəri zamanı Belqradın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Öz növbəsində sentyabrın 18-də bir sıra Ermənistan KİV-ləri Serbiya XİN başçısının bu cür bəyanatla çıxış etməməsi və Azərbaycan mətbuatının onun sözlərini təhrif etməsi barədə “Tanyuq” informasiya agentliyində hansısa məqalənin dərc olunduğunu bəyan edib. Lakin “Tanyuq” agentliyi bildirib ki, belə məqalə dərc etməyib.
“Erməni saxtakarlarının öz xalqını axmaq yerinə qoymaq cəhdləri bir dəfə məni erməni ictimaiyyətini regionumuzun gerçək tarixi və bugünkü reallığı ilə tanış etməyə vadar etdi. Və mən bu işi davam etdirəcəyəm. Dünən Serbiya XİN başçısının sözlərinin təhrif edilməsi cəhdi artıq bu gün mənə səbəb verdi ki, uzun müddətdir yalanlarla doyuzdurulan başıbəlalı erməni xalqına “İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında” kitabımın işıq üzü görməsi barədə məlumat verim”,- deyə F.Axundov vurğulayıb.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət