“İnterfaks-Azərbaycan” informasiya agentliyinin Monteneqronun baş naziri Milo Cukanoviç ilə müsahibəsi.
- Cənab Cukanoviç, Azərbaycana səfərinizin yekunlarını necə qiymətləndirirsiniz?
- Azərbaycana səfərim çox uğurlu oldu. Səfər zamanı biz münasibətlərimizə qiymət verdik. Hesab edirik ki, dövlətlərarası münasibətlərimiz cəmi bir neçə il ərzində uğurlu əməkdaşlığın unikal nümunəsidir.
Gələcək əməkdaşlığımızın və dövlətlərarası münasibətlərin prioritet istiqamətlərini razılaşdırmağımız az əhəmiyyət kəsb etmir. Beləliklə, Azərbaycana səfərimə yekun vurarkən cəsarətlə bəyan edə bilərəm ki, ölkələrimiz qarşısında dövlətlərarası münasibətlərin təkmilləşdirilməsinin aydın və etibarlı gələcəyi durur. Səfərin özü də bunu təsdiq edir.
- Ölkələrimiz arasında münasibətləri necə xarakterizə edərdiniz? Azərbaycan Monteneqro üçün nə kimi əhəmiyyət kəsb edir?
Azərbaycan Monteneqro üçün etibarlı dost və məsuliyyətli tərəfdaşdır. Dostluqla bağlı vurğulamaq istərdim ki, dövlətlərimiz arasında mövcud yaxınlıq vətəndaşlar arasında münasibətlərə getdikçə daha çox sirayət edir. Tərəfdaşlıq barədə danışanda isə xatırladıram ki, dörd ildən az müddət ərzində Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində digər dövlətlərlə daha artıq dövr ərzində malik olmadığımız nəticələr əldə etmişik.
- İqtisadi münasibətlərdən söz açmışkən, yaxın perspektivdə xüsusilə ticari-iqtisadi və sərmayə qoyuluşları sahələrində ikitərəfli münasibətlərin inkişafı istiqamətində addımlar gözlənilirmi? Məlum olduğu kimi, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) artıq Monteneqroda $500 mln.-dan artıq məbləğdə turizm kompleksinin tikintisi layihəsini reallaşdırır.
- Haqlısınız, SOCAR turizm sahəsində çox vacib investisiya layihəsi reallaşdırır. Və bu, həm məzmun, həm də sərmayələrin həcminin artım dinamikası baxımından çox keyfiyyətlə həyata keçirilir. Həmçinin TANAP (Trans-Anadolu qaz kəməri) və TAP (Trans-Adriatik qaz kəməri) layihələri üzrə əməkdaşlığın əhəmiyyətini vurğulamaq lazımdır. Regionumuzun dövlətlərinin - Monteneqro, Bosniya və Xorvatiyanın qoşulacağı bu layihələrin inkişafına başlanılır.
- Enerji, turizm və digər əməkdaşlıq sahələrində ikitərəfli münasibətlərin inkişaf perspektivlərini necə qiymətləndirərdiniz?
- Bu səfər zamanı biz bir neçə, xüsusilə turizm sahəsində yeni layihələr barədə danışıqlar apardıq. Təcrübəmizin bir hissəsini Azərbaycanla bölüşmək niyyətindəyik. Həmçinin Azərbaycanın qış turizminin inkişafı sahəsində malik olduğu təcrübəni öyrənmək istəyirik.
Bununla yanaşı, infrastruktur, ilk növbədə isə yol infrastrukturu sahəsində layihələrin reallaşdırılması barədə danışmışıq.
Azərbaycanlı həmkarlarla energetika sahəsində layihələrə də dair fikir mübadiləsi aparmışıq. Görüşlər və aparılan danışıqlar zamanı Bakı tərəfindən regionumuzda reallaşdırılan inkişaf layihələrinə dəstək məqsədilə Azərbaycanın Monteneqroda bank idarəsi açması imkanını müzakirə etmişik.
- Bildiyiniz kimi, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Monteneqro ictimaiyyətinin bu münaqişə barədə nə dərəcədə məlumatlı olduğunu bilmək istərdik. Zəhmət olmasa, bu problemə dair öz fikirlərinizlə bölüşərdiniz.
- Monteneqro ictimaiyyəti bu münaqişə barədə çox yaxşı məlumatlıdır. Artıq sizə dedim ki, Azərbaycanı dost ölkə hesab edirik. Qeyd etmək istərdim ki, biz Azərbaycanın bu mənada yürütdüyü sülhpərvər, konstruktiv, eyni zamanda milli, məsuliyyətli və sabit siyasətinə hörmət edirik. Biz sabitlik və qeyri-sabitlik məsələsində bu regiona (Cənubi Qafqaz - İF-Az) bənzər regionda yaşayırıq. Buna əsaslanaraq qonşular arasında münasibətlərdə sülhə, sabitliyə və məsuliyyətə çox yüksək dəyər veririk.
Biz Azərbaycanın siyasətini qətiyyətlə dəstəkləyirik. Arzu edirik ki, ölkə davamlı sabitliyə, özünün və ümumilikdə bu regionun rifahına nail olmaq üçün Ermənistanla mövcud mübahisənin sülhpərvər siyasət prinsipləri əsasında və Avropa prinsiplərinə uyğun olaraq həllinə çalışsın.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət