Hər sayında oxucularını yeni və maraqlı tədqiqat materialları, reportajlar, təhlillər, müsahibələrlə tanış edən "Azərbaycan xalçaları" jurnalının XII buraxılışı nəşr olunmuşdur.
Jurnal professor V.Muradovun Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın milli xalçaçılıq tarixindəki roluna həsr olunmuş "Azərbaycan xalça sənətinin himayədarı" məqaləsi ilə başlayır.
Xalq rəssamı Tahir Salahovun əsərlərinin "xalça ömrü"ndən bəhs edən "Kətandan xalçayadək", Londonda nəşr olunan nüfuzlu "Halı" jurnalının baş redaktoru Ben Evansla müsahibə, 4 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xalça sexindən reportaj və s. kimi materiallar rəngarəng fotoşəkillərlə birlikdə təqdim olunmuşdur. Jurnalda "Azər-İlmə"nin tədqiqat qrupunun Bakının Qobu və Ağsu rayonunun Dilman, Hacman, Xatman, Kalva və Suraxanı kəndlərinə ekspedisiya səfərlərini əks etdirən materiallar yer almışdır. "Naxışı gözəl..." məqaləsi görkəmli alim Xudu Məmmədovun Azərbaycan xalçaçılığına dair araşdırmalarından, onun bu qədim el sənətinə bağlılığından bəhs edir. "Azər-İlmə"nin dünya muzeylərində saxlanılan Azərbaycan xalçalarına dair tədqiqatlarının nəticələri "Azərbaycan xalçaları "Metropoliten" muzeyində" adlı materialda təqdim edilmişdir.
Jurnalın baş redaktoru əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət