Dekabrın 20-də A.Çexov adına Moskva Akademik Bədaye Teatrı (MABT) Bakıda S.Vurğun adına Rus Dram Teatrının səhnəsində çıxış edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Oleq Tabakovun rəhbərlik etdiyi teatrın kollektivi Bakıda A.Çexovun hekayəsinin motivləri əsasında “Evlənmək istəyənlərə rəhbərlik” adlı tamaşanın premyerasını təqdim edəcək.
İdeyası rusiyalı aktyor Vyaçeslav Nevinnıya məxsus olan və aktyorun oğlu Vyaçeslav Nevinnı tərəfindən ərsəyə gələn tamaşa “MABT məktəbinin ənənələri” əsasında hazırlanıb.
Çexovun məşhur hekayələri "Təklif", "Diplomat" və "Ayı", həmçinin əvvəllər səhnələşdirilməyən və dahi yazıçının hələ məşhurluq qazanmadığı gənclik illərində qələmə aldığı "Uzun dil" və "Pulqabı" hekayələri ümumi ideya və zamanda toplanıb.
Bununla yanaşı, onun hər bir əsəri daxili gərginliyi, avantürası və daimi insani ehtiraslarını əks etdirən balaca şedevrdir.
Tamaşanın quruluşçu rejissoru Vyaçeslav Nevinnıdır (kiçik). Rolları Rusiyanın xalq artisti Aleksandr Paşutin, əməkdar artistlər Vyaçeslav Nevinnı (kiçik), Aleksandr Semçev, eləcə də teatr və kino aktrisası Mirel iştirak edirlər.
Qastrollar S.Vurğun adına Rus Dram Teatrının ad gününə həsr olunub.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət