Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin II görüşündə MDB məkanında regional təhlükəsizlik məsələləri müzakirə edilib. Bu barədə bazar ertəsi “AzərTAc” agentliyi məlumat verir.
Görüş çərçivəsində Əfqanıstan amilinin MDB məkanında regional təhlükəsizliyin vəziyyətinə təsiri, islamın radikallaşdırılması və onun MDB iştirakçısı olan dövlətlər üçün mümkün nəticələri, “Əl-Qaidə”nin və özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın pozucu fəaliyyəti məsələləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində vəziyyət müzakirə edilib.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Onun çıxışında radikal dini ideologiyaların dünyada yayılmasına şərait yaradan əsas səbəblər təhlil edilib, radikal və ekstremist dini təşkilatlar tərəfindən, xüsusən gənclər arasından yeni tərəfdarlar cəlb etmək üçün istifadə olunan üsullar və metodlar nəzərdən keçirilib. MDB üzvü olan ölkələrin vətəndaşlarının Suriya, İraq və Əfqanıstanda müxtəlif dini-ekstremist və terrorçu qruplaşmaların tərkibində iştirak etməsinin təhlükəli olması xüsusi vurğulanıb. Bildirilib ki, orada döyüş təcrübəsi və vərdişləri qazanan bu insanlar öz ölkələrinə qayıdandan sonra milli təhlükəsizliyə təhdid doğuran ciddi amilə çevrilirlər.
Görüş iştirakçılarına Azərbaycanın hüquq mühafizə orqanları və xüsusi xidmətləri tərəfindən ekstremist dini təşkilatların fəaliyyətinə qarşı mübarizə üçün görülən tədbirlər və bu sahədə qazanılmış uğurlar barədə məlumat verilib. Muzdlu qatilliyə və terrorizmə, habelə Azərbaycan vətəndaşlarının dini düşmənçilik əsasında ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştiraka cəlb edilməsinə görə cəzaların sərtləşdirilməsi üçün milli qanunvericiliyə düzəlişlər qəbul edilməsi haqda ətraflı məlumat verilib.
Tərəfdaş ölkələrin xüsusi xidmətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin nümunələri göstərilib, dini ekstremizm və terrorçuluq təzahürləri ilə mübarizə işində beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirməyin zəruriliyi qeyd edilib.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
F.İsazadə
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət