Xəzər dənizi sularında boru kəmərlərinin çəkilməsi həmin boruların ərazilərindən keçəcəyi ölkələrin suveren hüququdur. Bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov Xəzər sammitinin geniş tərkibdə iclasında bəyan edib.
“Xəzərdə dövlətlərimizin enerji sahəsində maraqlarının dərin ziddiyyətlərə malik olmamasına əsaslanırıq və xüsusilə vurğulamaq istərdim ki, biz burada həll edilməyən məsələlərə siyasi çalar verilməsinin əleyhinəyik. Bu, tam mənada Xəzər dənizinin dibi ilə boru kəmərlərinin çəkilməsi perspektivlərinə aiddir. Bu məsələdə ümumi qəbul edilən beynəlxalq-hüquq normalarına, qarşılıqlı hörmət prinsiplərinə tərəfdar olmaq və tərəfdaşların maraqlarını nəzərə almaq lazımdır. Türkmənistan qəti surətdə əmindir ki, bu cür boru kəmərlərinin tikintisi dibinin hissələri ilə keçən dövlətlərin suveren hüququdur və bu səbəbdən yalnız onların razılığı ilə həyata keçirilə bilər. Təbii ki, beynəlxalq ekoloji nornmalara ən yüksək səviyyədə riayət olunmaq şərti ilə”, - deyə o vurğulayıb.
Türkmənistan lideri xatırladıb: “Xəzər dənizi hövzəsi sürətlə dünyanın ən iri karbohidrogen hasilatı və nəqli mərkəzlərindən birinə çevrilir. Bu, adekvat qəbul edilməni tələb edən obyektiv reallıqdır. Türkmənistan əmindir ki, Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı regional və beynəlxalq, investisiya fəallığının inkişafına güclü təkan verməyə qadir olan yüksək dərəcədə perspektivli işdir, eləcə də Yer kürəsinin bu hissəsində ümumi geosiyasi vəziyyətə müsbət təsir edir”.
Türkmənistan və Azərbaycan uzun illərdir Türkmənistan qazını Avropa bazarına çıxarmağa (Rusiya qazına rəqabət yaradaraq) imkan verən Transxəzər qaz kəmərinin tikintisi imkanlarını müzakirə edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət