Azərbaycan və Almaniya qarşılıqlı sərmayə qoyuluşlarında maraqlıdır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Məlumatda bildirilir ki, çərşənbə günü Bakıda Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 4-cü iclası keçirilib.
İclasda qeyd olunub ki, hazırda Azərbaycanda 177 alman şirkəti fəaliyyət göstərir. Almaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına ümumi investisiyaları $760 mln. həcmində qiymətləndirilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri, İşçi Qrupun Azərbaycan tərəfindən həmsədri Samir Vəliyev iclasda vurğulayıb ki, Azərbaycanda əlverişli biznes və investisiya mühiti formalaşdırılıb, makroiqtisadi sabitlik müşahidə olunur. Onun sözlərinə görə, müstəqillik dövrü ərzində Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşları $174 mlrd.-ı ötüb, bunun da yarısı xarici investisiyaların payına düşür. Son 10 ildə ÜDM 3,2 dəfə, investisiya qoyuluşu 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artıb.
İclasda investisiya, kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, Azərbaycanda yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, enerji səmərəliliyi və bərpa olunan enerji, ətraf mühitin mühafizəsi və bir sıra digər məsələlər müzakirə olunub.
“Vurğulanıb ki, ölkələr arasında ticarət dövriyyəsi artsa da, bu sahədə əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu da tərəflərin maraq göstərdiyi sahələrdəndir”, - deyə məlumatda bildirilir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət