Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İqtisadi siyasət komitələrinin çərşənbə axşmı keçirilmiş birgə iclasında “Qeyri Hökumət Təşkilatları haqqında” və “Qrantlar haqqında” qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrinə baxılıb.
“Qanunvericilik aktlarına dəyişikliklər qeyri-hökumət təşkilatlarına qrantların ayrılması prosesində və QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi, eləcə də bununla bağlı mexanizmlərin möhkəmləndirilməsi məqsədi ilə təklif edilir”, - deyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliklər QHT-lərə qrantlar ayrılarkən müqavilələrin bağlanmasını, onların reyestrə daxil edilməsini, müvafiq dövlət orqanları tərəfindən qrantların ayrılmasının məqsədəuyğunluğu barədə qərarın çıxarılmasını nəzərdə tutur.
“Rəsmi Bakının mövqeyi belədir ki, işğal edilmiş torpaqlarımız azad edilməyənə qədər Ermənistan tərəfi ilə heç bir əlaqəyə yol verilə bilməz”, - deyə Ə.Hüseynli bildirib.
Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, “QHT-lər haqqında” və “Qrantlar haqqında” qanunlara dəyişikliklərin edilməsi cəmiyyətdə birmənalı qarşılanmayacaq.
“Son zamanlar xarici ölkələr tərəfindən qrantların ayrılması ilə bağlı KİV-lərdə dərc olunan məqalələr belə deməyə əsas verir”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, qrant məsələsi yalnız siyasi məsələ deyil, həm də iqtisadi məsələdir, çünki söhbət böyük maliyyə həcmlərindən gedir”, - deyə o qeyd edib.
“Maliyyə şəffaflığını təmin etmək vacibdir, bunun üçün isə donor dövlətlər və qrant alan təşkilatlar müqavilə bağlamalıdırlar. Bu müqavilələr müvafiq dövlət strukturları tərəfindən yoxlanılacaq, onların əsasında qrantın ayrılmasının məqsədəuyğun olub-olmaması barədə qərar veriləcək”, - deyə V.Əhmədov qeyd edib.
O bildirib ki, Azərbaycanda qrantların ayrılması prosesində böyük problemlər var.
“Vaxt gələcək ki, Azərbaycan ən zəngin dövlətlərdən birinə çevriləcək. Bizim dövlətimizin ətrafında mübarizə gedir. Bir tərəfdən Qərb, ABŞ, digər tərəfdən Rusiya və başqaları Azərbaycandan böyük mənfəət əldə etməyə çalışırlar. Bununla əlaqədar olaraq sirr deyil ki, bizim bəzi vətəndaşlarımızdan istifadə edirlər. Bu da başa düşüləndir, çünki maliyyə ayıran təşkilat hər zaman öz maraqlarını təmin etməyə çalışır”, - deyə V.Əhmədov vurğulayıb.
Onun sözlərinə görə, bəzi azərbaycanlı deputatlar xaricdən alınan qrantlar hesabına həyata keçirilən layihələrdə iştirak edirlər.
“Yəni heç kim bu sahəyə heç bir məhdudiyyət qoymur. Əgər sən qrant alır və hər hansı layihə həyata keçirirsənsə, bu prosesi şəffaflıq şəraitində etməlisən. Dövlət bu vəsaitlərin nəyə sərf olunacağını bilməlidir. Qrant alan təşkilatların dövlət əleyhinə, Azərbaycana qarşı yönəlmiş fəaliyyət göstərməsi yolverilməzdir”,- deyə deputat bildirib.
Müzakirələrin yekunları üzrə qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət