Prezident İlham Əliyev MDB ölkələrinin beynəlxalq təhlükəsizliyin təmin edilməsi üzrə səylərinin birləşdirilməsinin vacibliyini qeyd edir.
“Biz bu gün narahatlıq doğuran məsələlərə - regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə diqqət ayırırıq”, - deyə İ.Əliyev cümə günü Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Prezident qonşu MDB ölkələrində baş verən xoşagəlməz hadisələrlə bağlı narahatlığını ifadə edib.
“Əlbəttə, sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropa hissəsində vəziyyət əlbəttə, adekvat qiymətləndirmə tələb edir, hər bir ölkə öz fəaliyyəti ilə etimad, təhlükəsizlik və əməkdaşlıq tədbirlərinin möhkəmlənməsinə töhfə verməyə səy göstərməlidir”,- deyə dövlət başçısı bildirib.
İ.Əliyev deyib ki, Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin edilməsi məsələlərini diqqət mərkəzində saxlayır.
“Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə qiymətləndiririk, hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşməsinə yönəldilib. Və əlbəttə, burada siyasi iradə kimi, iqtisadi potensial da vacib rol oynayır”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın MDB məkanında, eləcə də regional və ikitərəfli əməkdaşlıq çərçivələrində irəli sürdüyü təşəbbüslər təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
“Bu aktiv əməkdaşlığı biz nəqliyyat sahəsində də müşahidə edirik. Biz bu yaxınlarda Xəzəryanı dövlətlərin sammiti çərçivəsində Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişik. Hesab edirəm ki, MDB məkanında çox yaxşı imkanlar var və onların bir hissəsi artıq reallaşdırılıb”, - deyə İ.Əliyev əlavə edib.
Prezident qeyd edib ki, nəqliyyat infrastrukturuna sərmayə qoyuluşları MDB ölkələrini uzunmüddətli perspektivdə bir-birinə bağlayır və əməkdaşlıq, həmçinin mənfəət əldə etmək üçün əlavə imkanlar yaradır.
“Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi əlbəttə, öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, Azərbaycan tərəfindən irəli sürülən bu təşəbbüs və layihələr regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Bu sahədə də investisiya layihələri, səylərin əlaqələndirilməsi üçün yaxşı imkanlar var, çünki enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizlik məsələləri ilə birbaşa bağlıdır”, - deyə dövlət başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, kifayət qədər enerji ehtiyatına malik olan ölkələr öz tərəfdaşlarının və qonşularının enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində məsuliyyət daşıyırlar.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət