Tacikistan Azərbaycanla birbaşa aviareyslərin yaradılmasında maraqlıdır. Bunu Tacikistan prezidenti Emoməli Rəhmon deyib.
“Biz Azərbaycanla Tacikistan arasında birbaşa aviareyslərin yaradılmasında maraqlıyıq”, - deyə E.Rəhmon prezident İlham Əliyevlə ikitərəfli görüşün yekunları üzrə mətbuata birgə bəyanatda qeyd edib.
Tacikistan prezidenti azərbaycanlı həmkarı ilə keçirilən görüşün dolğun və konstruktiv olduğunu söyləyib.
“Bu gün biz hörmətli cənab prezident İlham Əliyevlə onun ölkəmizə rəsmi səfəri çərçivəsində dolğun və konstruktiv görüş keçirdik. Bu görüş zamanı biz ikitərəfli, regional və beynəlxalq xarakterli məsələləri müzakirə etdik”, - deyən E.Rəhmon Tacikistan tərəfinin qarşılıqlı münasibətlərin mövcud səviyyəsindən məmnun olduğunu ifadə edib.
Prezident qeyd edib ki, Tacikistan Azərbaycanla əməkdaşlıq məsələlərinə böyük diqqət ayırır.
“Biz ölkələrimiz arasında qarşılıqlı münasibətlərin müxtəlif aspektlərinə toxunaraq qarşılıqlı faydalı əməkdaşlıq qura və inkişaf etdirə biləcəyimiz prioritet sahələri qeyd etdik. Bu kontekstdə biz Azərbaycanın işgüzar dairələrinin Tacikistanda su elektrik qurğularının tikintisində və neft-qaz sahəsində investisiya fəaliyyətinin artacağına, mineral resursların mənimsənilməsinə, eləcə də iki dövlətin bank sistemlərinin əməkdaşlığına ümid edirik”, - deyə Tacikistan prezidenti qeyd edib.
Onun sözlərinə görə, görüşdə qeyd edilib ki, ölkələr arasında qarşılıqlı ticarətin inkişafına mane olan amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdud olmasıdır.
“Ölkələrimizin coğrafi mövqeyi nəzərə alınmaqla belə ticarət təbii ki, lazımi infrastrukturun yaradılmasını tələb edir. Bu mənada biz Hökumətlərarası Komissiyanın daimi katibliyinin Bakıda yerləşdiyi TRASEKA layihəsi çərçivəsində Böyük İpək Yolunun bərpa edilməsində maraqlıyıq”, - deyə Tacikistan lideri qeyd edib.
E.Rəhmon deyib ki, İ.Əliyevlə görüşdə mədəni-humanitar fəaliyyətə yüksək qiymət verilib və bu istiqamətdə əlaqələrin genişləndirilməsinə dair razılıq əldə edilib.
“Əcdadlarımızın böyük mədəni irsini daha geniş təbliğ etmək üçün yeni təkliflər səsləndirilib. Xüsusilə mən gələn il hər iki ölkədə Nizomixoni - fars-tacik ədəbiyyatının klassiki, Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş tədbirin keçirilməsini təklif etdim”,- deyə E.Rəhmon əlavə edib.
Onun sözlərinə görə, görüşdə regional və beynəlxalq xarakterli məsələlər, o cümlədən Əfqanıstandakı vəziyyət müzakirə olunub.
“Dağlıq Qarabağ münaqişəsi müzakirələrimiz zamanı vacib mövzulardan biri oldu. Mən bu problemə öz mövqeyimizi bildirdim, Tacikistan müharibənin dəhşətlərini yaşamış ölkə kimi münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həllini dəstəkləyir”, - deyə E.Rəhmon bildirib.
Görüşdə, həmçinin Azərbaycan və Tacikistan arasında çoxtərəfli formatda gələcək əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılıb. Tərəflər beynəlxalq və regional xarakterli bir çox məsələlərdə hər iki dövlətin mövqelərinin üst-üstə düşdüyünü və ya yaxın olduğunu vurğulayıblar.
“Tacikistan və Azərbaycanın bu məsələlərə BMT, ATƏT, MDB, İƏT və İKT çərçivəsində konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin dinamik və davamlı inkişafına kömək edir. Görüşün yekunları üzrə bəyan etmək istəyirəm ki, biz Azərbaycan və Tacikistan respublikaları arasında münasibətlərin gələcəyinə nikbinliklə baxırıq və bu münasibətlərin daha da dərinləşməsi və genişlənməsi üçün səylərimizi əsirgəməyəcəyik”,- deyə o vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət