Əcnəbi turistlər Azərbaycana səfər etmək üçün turizm agentlikləri vasitəsilə elektron vizalar ala biləcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, cümə günü Milli Məclisin növbəti plenar iclasında “Turizm haqqında” qanuna müvafiq düzəlişlər qəbul edilib.
Qanunvericiliyə edilən düzəlişlər barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
““Turizm haqqında” qanuna düzəlişlərin edilməsində məqsəd onun Azərbaycan Miqrasiya Məcəlləsinin müddəalarına uyğunlaşdırılmasıdır”, - deyə o bildirib.
Qanunvericilik aktına turizm vizaları və turistlərə verilən elektron vizalarla bağlı 7.1-ci maddə əlavə edilir.
“Turizm haqqında” qanuna düzəlişlərə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron viza almaq üçün müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçən və Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinə və ya öz ölkələrində fəaliyyət göstərən və Azərbaycan agentliklərinin tərəfdaşları olan turizm şirkətlərinə birbaşa müraciət edə bilərlər.
Turizm vizası ilə Azərbaycanda qalma müddəti 30 gün təşkil edəcək.
Turizm vizasının rəsmiləşdirilməsi üçün Miqrasiya Məcəlləsinin 36-cı maddəsində qeyd edilən sənədlər - turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və s. tələb olunur.
Həmçinin Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri qəbul edib. Bu dəyişikliklərə əsasən, birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsümunun məbləği $50, çoxdəfəlik giriş vizaları üçün $350 təşkil edəcək.
Birdəfəlik tranzit vizasının rəsmiləşdirilməsi üçün dövlət rüsumu $20, çoxdəfəlik tranzit vizası üçün $40 məbləğində müəyyən edilir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət