“Bank of Baku” korporativ sosial məsuliyyət siyasəti çərçivəsində paytaxtın Binəqədi rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirib. “Təbiətin bizə ehtiyacı var!” şüarı altında baş tutan aksiya zamanı “Bank of Baku” əməkdaşları tərəfindən yüz agac əkilib. “Dərnəgül” metrosu yaxınlığındakı ərazidə ağacəkmə aksiyası Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Ekoloji aksiya zamanı ərazidə Pinus eldarika (Eldar şamı) növündən olan yüz ağac əkilib. Pinus eldarika Bakı və Abşeron mühitinə uğurlu şəkildə uyğunlaşması və yayılması ilə tanınıb və karbon qazını udaraq əvəzində oksigen ixrac etməsi və beləliklə ekologiyaya verdiyi əvəzsiz töhfə ilə tanınır.
Baş tutan ekoloji aksiyaya bankın rəhbərliyi və yüzə yaxın əməkdaşı qatılıb. Tədbirdə çıxış edən “Bank of Baku”-nun İdarə Heyəti Sədrinin Müavini Zaur Qaraisayev bildirib ki, Bakı və Abşeronda canlı təbiət massivlərinin təşəkkül tapması diqqət, qayğı və planlı fəaliyyət tələb edir. “Son illər rəsmi qurumlar bu istiqamətdə ardıcıl iş aparırlar. Fikrimcə, özəl sektor belə aksiyalara öz dəstəyini verməlidir. Məhz bu səbəbdən “Bank of Baku” belə bir ekoloji aksiya keçirmək qərarına gəlib”. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Müavini Aygün Əliyeva da iştirak etmişdir. Aygün Əliyeva tədbirdə çıxış edərək “Təmiz Binəqədi” sosial layihəsi barədə məlumat vermiş, belə ağacəkmə aksiyalarında iştirakı layihəyə göstərilən dəstək kimi qiymətləndirmişdir.
Bu tədbirin baş tutmasında böyük dəstək verən Binəqədi Raon İcra Hakimiyyətinin rəsmilərinə və təşkilati işləri yüksək səviyyədə həyata keçirmiş “Brand Bakers” şirkətinə dərin minnətdarlığımızı bildiririk. Korporativ sosial məsuliyyətə böyük önəm verən “Bank of Baku” bundan sonra da yeni sosial və ekoloji aksiyalar keçirməyi planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət