Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun Qətərə səfəri çərçivəsində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması haqqında hökumətlərarası saziş imzalanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verir.
Nazirlər Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində (“Milipol Qətər – 2014”) iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər.
Səfərin həyata keçirilməsində əsas məqsəd nazirliklərin maddi-texniki bazasının müasir avandanlıqlarla təchiz olunması üçün müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirmək, həmçinin sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün bir sıra görüşlər keçirmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməkdir.
Səfər zamanı Əl Bəhr sarayında Qətər Dövlətinin əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Əl Tani Kəmaləddin Heydərov və Ramil Usubovu qəbul edib.
Bundan başqa, K.Heydərov Qətər Dövlətinin baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşüb. Görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət