Almaniya ümid edir ki, Azərbaycan gələcəkdə də Şərq və Qərb arasında körpü qismində rolunu inkişaf etdirəcək. Bu barədə Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla görüşünün yekunlarına dair birgə brifinqdə bəyan edib.
“Bu gün ölkəniz Avropa Şurası Nazirlər Komitəsində sədrlik edir və biz ümid edirik ki, Azərbaycan Avropanın standartları və dəyərlərini yayacaq”, - deyə alman naziri vurğulayıb.
O, Bakı ilə Berlin arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və buna sübut olaraq ölkədə yeganə Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyət göstərdiyini bildirib.
“Biz “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində dövlətlərlə əməkdaşlığın genişlənməsi və dərinləşməsinə böyük və ölkənizə bu istiqamətdə xüsusi əhəmiyyət veririk. Azərbaycan Şərq və Qərb arasında strateji mənada, o cümlədən enerji təhlükəsizliyinin təminatında körpü rolu oynayır”, - deyə F.Ştaynmayer vurğulayıb. O Azərbaycanın təşəbbüskarı olduğu “Cənub qaz dəhlizi” layihəsinin mühüm əhəmiyyətini qeyd edib.
“Cənub qaz dəhlizi” gələcəyə yönələn, nəinki Azərbaycanın Almaniya ilə, həm də Bakının Avropa ilə ikitərəfli əməkdaşlığı çərçivəsində yeni perspektivlər açan ambisiyalı layihədir”, - deyə o bildirib.
F.Ştaynmayer həmçinin Almaniya tərəfinin İraq, Yaxın Şərq, Ukrayna, Cənubi Qafqazda mövcud münaqişələrlə bağlı narahatlığını ifadə edib.
Öz növbəsində, Azərbaycanın XİN başçısı E.Məmmədyarov Almaniya ilə ikitərəfli ticari-qitisadi əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib.
“Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi $3 mlrd.-a yaxın təşkil edib. Gələcəkdə də bu istiqamətdə əməkdaşlığı inkişaf elətdirməliyik”, - deyə o vurğulayıb.
E.Məmmədyarov qeyd edib ki, görüşdə, o cümlədən təhsil sahəsinə ikitərəfli münasibətlərin digər məsələləri müzakirə olunub. O vurğulayıb ki, Azərbaycan tələbələri Almaniyada təhsil alırlar.
“Biz həmçinin Suriya, İran, Ukrayna ətarfında vəziyyətlə bağlı məsələlərə və digər mövzulara toxunduq”, - deyə azərbaycanlı nazir əlavə edib ki, Bakıya səfəri çərçivəsində F.Ştaynmayer prezident İlham Əliyevlə görüşüb.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət