Müdafiə Nazirliyin məlumatına əsasən, Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət və qayğısı əhatəsində olan Silahlı Qüvvələr müasir döyüş texnikası ilə təmin edilir və davamlı olaraq hərbi hissələrdə təmir-tikinti işləri aparılır.
Oktyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsində olaraq aparılan işlərin vəziyyəti ilə maraqlanıb.
Müdafiə naziri qısa müddət ərzində hərbi hissənin ərazisində həyata keçirilən işlərlə tanış olub, şəxsi heyətin rahat, isti şəraitdə yerləşməsi və qidalanması üçün əsgər kazarmalarını və yeməkxanada yaradılmış vəziyyəti yoxlayıb.
Sonra hərbi hissənin mühəndis-istehkam parkında döyüş texnikasının hazırlığına baxış keçirilib. Bildirilib ki, müharibə şəraitində hücum edən qoşunlarımızın maneəsiz, düşmənin müdafiə xəttini yararaq onun fortifikasiya qurğularını qısa zamanda asanlıqla keçməsi mühəndis-istehkam hərbi hissələrinin qarşısında duran əsas döyüş tapşırıqlarından biridir.
Bu məqsədlə Ali Baş Komandan cənab İ.Əliyevin göstərişinə əsasən mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdikləri xüsusiyyətlər, onların texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün yeni və müasir mühəndis-istehkam texnikası alınaraq qoşunların təminatına verilib.
Sonda Müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət