Naxçıvan Muxtar Respublikasında Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın gələcəyinə xidmət edir. Müasir dövrdə cəmiyyətin tərəqqisi təhsilin inkişafı ilə sıx bağlıdır. O ölkələr gələcəyi olan ölkə hesab olunur ki, orada vətənpərvər və təhsilli gənc nəsil yetişir. Ona görə də pedaqoji kollektivlərin üzərinə mühüm vəzifələr düşür.
“Müəllimlər tələbkar olmalı, gənclərin təhsilli və vətənpərvər ruhda tərbiyə olunmalarına diqqəti artırmalıdırlar. Şagirdlər yaradılan şəraitdən səmərəli istifadə etməli, vətənpərvər və çalışqan olmalı, bunu tədrisdə qazandıqları nailiyyətlərlə sübut etməlidirlər. Ölkəmizdə bu vəzifələri yerinə yetirmək üçün hər cür şərait yaradılıb. Hər il müasir avadanlıqlarla təmin olunmuş məktəb binaları tikilərək istifadəyə verilir”, - deyə o bildirib.
“Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin nailiyyətləri nümunə gücündədir. Məktəbin qazandığı bu uğurlar tədrisin düzgün qurulması, nizam-intizamın və tələbkarlığın yüksək səviyyədə olmasının nəticəsidir. Kollektiv bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməli, məktəbdə tədrisin səviyyəsi daha da yüksəldilməlidir”, - deyə o əlavə edib.
Ali Məclisin sədri qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirib, Şahbuz rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə edib.
Yeni məktəb binası 216 şagird yerlikdir. Üçmərtəbəli təhsil ocağında 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı var. 3 minə yaxın dərslik və bədii ədəbiyyat fondu olan kitabxanada internet vasitəsilə digər elektron kitabxanalara da müraciət etmək mümkündür. Kompüter otağında hər biri internetə qoşulmuş 19 kompüter dəsti var.
Həmin gün V.Talıbov Şahbuz Şəhər Mərkəzinin açılışında iştirak edib. Məlumat verilib ki, 2 mərtəbədən ibarət binada rabitə evi, kitabxana, polis sahə məntəqəsi, Yeni Azərbaycan Partiyası Şahbuz şəhər ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və klub fəaliyyət göstərəcək.
Mərkəzdəki Rabitə evində 512 yerlik 2 nömrəli ATS quraşdırırılıb. Mərkəzdə 6 min 558 kitab fonduna malik kitabxana və 55 yerlik iclas zalı var. Bütün sözügedən strukturlar üçün müasir iş şəraiti yaradılıb.
Bundan başqa, Ali Məclisin sədri dəniz səviyyəsindən 1355 metr yüksəklikdə yerləşən Şahbuz şəhərində aparılan abadlıq işləri ilə də maraqlanıb.
Məlumat verilib ki, şəhərdə geniş quruculuq işləri aparılıb, yol infrastrukturu tamamilə yenilənib, şəhərdaxili 2 kilometr yola yeni asfalt örtük salınıb. Həmçinin yol üzərindəki körpü genişləndirilərək təmir olunub. Şəhərdə 3 min 800 metr fiber-optik kabel, 3 min metr məsafədə elektrik xətti, 180 metr yeraltı kabel çəkilib, müasir işıqlandırma sistemi qurulub.
Q.Hüseynova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət