The Green for Growth Fund, Southeast Europe (GGF) “Muğanbank”a enerjiyə qənaət sahəsində layihələrin maliyyələşdirilməsi məqsədilə $5 mln. məbləğində kredit ayırıb. Bu barədə bankın məlumatında deyilir.
“Bu kredit “Muğanbank”a Azərbaycanın enerjiyə qənaət üzrə xüsusi kreditlər təklif edən ilk maliyyə təşkilatlarından biri olmağa imkan verəcək. Bank tərəfindən verilən sub-kreditlər mikro, kiçik və orta müəsssisələrin, habelə fiziki şəxslərin enerjiyə qənaət tədbirlərinə investisiyalarını stimullaşdıracaq”, - deyə məlumatda qeyd edilir.
GGF-in kredit vəsaitləri banka kredit fəaliyyətini genişləndirməkdə kömək edəcək. “Maliyyələşdiriləcək enerejiyə qənaət üzrə səciyyəvi tədbirlərə bina örtüklərinin, istilik sistemlərinin təkmilləşdirilməsi və enerji səmərəli avadanlıqların quraşdırılması daxildir. Kənd təsərrüfatı rayonlarına xüsusi diqqət ayrılacaq. Belə ki, “Muğanbank” kənd təsərrüfatı sektorunda istixanaların yeniləşdirilməsi və avadanlıqların yeniləri ilə əvəz olunmasına investisiyalar üçün böyük potensial görür”, - deyə məlumatda vurğulanır.
“GGF-in investisiyasından əlavə, onun Texniki Yardım Xidməti banka enerji səmərəliliyi üzrə məhsullarla işi qurmaqda və bankın müştərilərinin enerjiyə qənaət tədbirləri ilə bağlı maarifləndirilməsində köməklik göstərəcək,” - deyə məlumatda fondun sədri Kristofer Noulsa istinadən bildirilir.
“GGF krediti bizə mikro, kiçik və orta müəssisələrə, habelə riteyl müştərilərimizə onların enerjiyə qənaət üzrə tədbirlərə investisiyalarını dəstəkləmək üçün müvafiq kreditlər təklif etmək imkanı verəcək. Biz, həmçinin bu sahədə kredit əməliyyatlarımızı inkişaf etdirmək istiqamətində potensialımızın gücləndirilməsi üçün GGF-in texniki dəstəyinə arxalana biləcəyik. Bu isə o deməkdir ki, GGF bizim üçün həqiqətən ideal tərəfdaşdır”, - deyə “Muğanbank”ın İdarə Heyətinin sədri Elmir Həsənov bildirib.
GGF Cənub-Şərqi Avropada, o cümlədən Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Kosovo, Monteneqro, Serbiya və Türkiyədə, həmçinin Avropa Şərq Qonşuluğu Regionunda (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) enerji səmərəliliyinin təmin olunması və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması sahəsində fəaliyyət göstərir.
GGF enerji səmərəliliyinin inkişafı layihələrinin maliyyələşdirilməsində maraqlı olan müəssisələrin və şəxsi ev təsərrüfatlarının kreditləşməsi üçün maliyyə institutlarına kredit vəsaitləri ayırır. GGF, həmçinin kiçik və orta həcmli bərpa olunan enerji layihələrinə birbaşa investisiya edir.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları fiziki şəxslərdir.
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət