Mobil rabitə istifadəçilərinin “Bank of Baku”-nun korporativ saytına girişini asanlaşdırmaq məqsədilə bank saytının mobil versiyası istifadəyə verilib. Artıq Windows, iPhone, Android, Blackberry əməliyyat sistemlərində fəaliyyət göstərən mobil telefonlarla sayta rahat daxil olub, bankın geniş çeşidli məhsul və xidmətlərindən daha çevik faydalanmaq olar.
İstifadəçilər www.bankofbaku.com saytına daxil olub bankın xidmət və məhsullarından onlayn sifarişlər vasitəsilə yararlana bilərlər.Eyni zamanda, müştərilər mobil əlavə də (Bankofbaku app) yükləyə bilərlər.
“Bank of Baku” saytının mobil versiyası sayəsində onlayn bank xidmətləri mobil rabitə istifadəçiləri üçün daha yaxın olacaq.Artıq mobil telefon sahibləri saytda istənilən menyunu açanda, müvafiq bölmə mobil telefon ekranına uyğun ölçüdə əks olunacaq və hər-hansı vizual təhrif baş verməyəcək. Beləliklə, istifadəçi standart masaüstü kompüterdən necə rahatlıqla istifadə edirsə, mobil telefonu ilə də bank saytında rahat davrana biləcək. İstifadəçi valyuta məzənnəsi, kredit və əmənət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının dəqiq ünvanı və xəritəsi ilə rahat şəkildə tanış ola biləcək.
“Bank of Baku” saytının mobil versiyası sayəsində müştərilər “Bank of Baku” ilə daha rahat və çevik əlaqə saxlaya biləcək. “Bank of Baku” korporativ saytının mobil versiyasını istifadəyə verən Azərbaycanın ilk banklarındandır.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
https://www.facebook.com/bankofbaku
Bank of Baku
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət