Azərbaycan prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalmaqdadır və Bakı sakinlərinin əksəriyyəti ölkə başçısını dəstəkləyir. «Rəy» Monitorinq Mərkəzinin Bakıda keçirdiyi ictimai rəy sorğusunun nəticələri bunu göstərir.
“Prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83%) öz səsini hazırkı ölkə başçısına verərdi”, - deyə sorğuda qeyd edilir.
Əldə edilən məlumatlara əsasən, Bakı sakinlərinin 65%-i Azərbaycan prezidenti postunda İlham Əliyevə alternativ görmür.
Respondentlərin 82%-i «İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?» sualını müsbət cavablandırıb («tam» və ya «qismən» cavab verir). Rəyi soruşulanların 68%-i isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür.
«Omnibus» tipli ictimai rəy sorğusu 2014-cü il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4%-dən çox deyil.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət