Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağa dair böyük sülh sazişi üzərində hazırlıq işlərinə başlama çağırışını vacib hesab edir.
“Minsk Qrupunun həmsədr dövlətlərindən birinin prezidenti səviyyəsində “hərtərəfli müqavilə üzərində işə başlamaq vaxtıdır” çağırışı vacib addımdır”, - deyə E.Məmmədyarov bu gün Bakıda Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması üzərində necə işləmək artıq tərəflərə məlumdur.
“Bəli, Madrid prinsipləri mövcuddur. Bəli, əsas prinsiplər var. Bizim bütün bunlar üzərində necə işləməli olduğumuz artıq məlumdur. Doğrudur, bəzi məqamlar var ki, hələ başa çatmayıb və müzakirələr davam etməlidir”, - deyə E.Məmmədyarov qeyd edib.
“Bu, bir günün içində nizamlanacaq münasqişə deyil. Hərəkət etmək lazımdır”, - deyə nazir əlavə edib.
E.Məmmədyarov F.Ollandın iki ölkə prezidentlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşünün təşkili ilə bağlı təklifinə də münasibət bildirib.
“Bu, bir təklif olaraq səsləndirilib. Bütövlükdə isə həmsədrlərin fəaliyyətinin davam etdirilməsinə dair razılıq əldə olunub. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyası çərçivəsində müntəzəm görüşünün təşkili ilə bağlı Fransanın irəli sürdüyü köhnə təklifdir”, - deyə o bildirib.
“Bu, o demək deyil ki, Nyu-Yorkda Baş Assambleyadan əvvəl prezidentlər arasında görüş olmayacaq. Hər şey Ermənistanın mövqeyindən asılıdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bizim irəli sürdüyümüz ən vacib təklif Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan çıxarılmasıdır”,- deyə o qeyd edib.
Nazirin sözlərinə görə, əgər bu proses ölü nöqtədən çıxsa, o zaman snayperlər barədə danışmağa ehtiyac qalmayacaq, nəqliyyat əlaqəsi üçün imkanlar yaranacaq ki, bu da öz növbəsində sülh sazişi üzərində işləmək üçün şərait yaradacaq.
“İnanıram ki, həmsədrlər artıq bu fikirlə razıdırlar ki, əgər biz qarşıya qoyulan məqsədə çatsaq, bu, çox böyük addım olacaq”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, dekabr ayının sonunda İsveçrənin Bazel şəhərində ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gözlənilir.
“Biz hələ ki, təkliflər almamışıq. Lakin yəqin ki, dekabr ayının əvvəlində Bazeldə ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurası çərçivəsində Ermənistan XİN başçısı ilə görüş baş tutacaq”, - deyə o bildirib.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət