Azərbaycan Dillər Universitetində macar dili tədris olunur. Bu barədə ali məktəbin rektoru, Mill Məclisin deputatı Səməd Seyidov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun universitetin tələbələri ilə görüşü zamanı məlumat verib.
“İki il öncə biz Macarıstan hökumətinin nümayəndələri ilə ali məktəbimizdə macar dilinin tədrisinin təşkili imkanını müzakirə etmişik”, - deyə S.Seyidov bildirib.
Onun sözlərinə görə, bu gün ali məktəbdə macar dili kursları fəaliyyət göstərir, Macarıstan mədəniyyəti guşəsi var.
“Biz Macarıstanla birgə azadlıq və demokratiya uğrunda mübarizə aparırıq. Macarıstan mədəniyyəti və dilinin inkişafı üçün əlimizdən gələni edəcəyik”, - deyə rektor bildirib.
S.Seyidov onu da qeyd edib ki, Macarıstan uğurla inkişaf edən dövlətlər arasında layiqli yer tutur.
Ali məktəbdə macar dilinin tədrisi barədə danışan S.Seyidov qeyd edib ki, universitetdə iki Macarıstan vətəndaşı ştatdadır. “Onlar universitetimizdə çalışan macar dili müəllimi və ali məktəbimizin professoru, Macarıstanın Azərbaycandakı səfiridir”, - deyə S.Seyidov vurğulayıb.
Tədbirdə Azərbaycanın keçmiş XİN başçısı, hazırda Azərbaycanın Macarıstandakı səfiri olan Vilayət Quliyev və Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora da iştirak ediblər.
“Macar dili çox mürəkkəb dildir, bu səbəbdən onu “gizli kod” adlandırırlar”, - deyə P.Siyarto çıxışında bildirib.
Onun sözlərinə görə, Macarıstan son illər ərzində Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlara çox hörmətlə yanaşır.
“Mən artıq ikinci dəfədir Bakıda səfərdəyəm və demək istəyirəm ki, şəhər inanılmaz dərəcədə dəyişib, daha da inkişaf edib”, - deyə nazir vurğulayıb.
P.Siyarto Macarıstanla Azərbaycan arasında ikitərəfəli münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Macarıstanlı nazir ali məktəbin tələbə və müəllimlərinin suallarını cavablandırıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət