jewishjournal.com saytında azərbaycanlılarla yəhudilərin dostluğuna həsr edilmiş “Xəzərlər və dağ yəhudiləri” adlı məqalə dərc edilib.
“Cənubi Qafqazın əsasən şiələr yaşayan bu gözəl ölkəsində mövcud olan qədim müsəlman-yəhudi dostluğunun sirri onun zərif mənzərəsinin dərinliklərində gizlənib”,- deyə müəllif Azərbaycan barədə yazır.
Məqalədə yəhudilərin indiki Azərbaycan ərazisində məskunlaşması tarixinə xüsusi diqqət ayrılıb. Qeyd edilir ki, ölkədə məskunlaşan yəhudilərin bir hissəsi xristianlığın yayıldığı Bizans imperiyası və müsəlman ərəb xilafətindən asılı olmaq istəməyən, iudaizmi qəbul etmiş türk tayfalarının - xəzərlərin törəmələridir.
“Onların iudaizmi qəbul etməsində digər böyük yəhudi icması - qədim dövrlərdən Azərbaycanın Quba əyalətində məskunlaşmış dağ yəhudiləri böyük rol oynayıb”, - deyə məqalədə bildirilir.
Dağ yəhudiləri V əsrdə Fars imperiyasını tərk edərək Azərbaycanın şimalında məskunlaşıblar, onlar əsrlər boyu müsəlman qonşuları ilə səmərəli münasibətlər qurublar.
“Son illər Qırmızı Qəsəbənin dağ yəhudiləri (Qubada yalnız yəhudilərin məskunlaşdığı yaşayış məntəqəsi) başqalarının marağını cəlb edib. Onlar Aşkenaz və Sefard dini ənənələrinin qarışığını və öz nadir adətlərini qoruyub saxlayırlar”,- deyə müəllif qeyd edir.
“Bu gün Qırmızı Qəsəbəyə gələnlər evlərin bəzədilməsində Davud ulduzundan geniş istifadə olunmasından və digər məqamlardan heyrətə gəlirlər. Ancaq Qubada olan hər kəs yəhudilərlə müsəlmanların isti münasibətinin şahidi olmaq imkanına malik olub”,- deyə məqalədə vurğulanır.
Müəllifin qeyd etdiyi kimi, “Azərbaycanın Böyük İpək Yolunun kəsişməsində yerləşməsi və hərbi hücumlara məruz qalması təcrübəsi nəzərə alınarsa, burada çoxlu sayda etnik qrupların bir arada yaşaması təəccüblü görünməz. Üstəlik yəhudi və müsəlman icmaları arasındakı həmrəylik qonşu regionlardakı münasibətlərlə kəskin ziddiyyət təşkil edir.
“Bir çox azərbaycanlılar qeyd edirlər ki, müxtəlif millətlərin nümayəndələri çiyin-çiyinə çalışaraq bununla da Azərbaycanın müxtəlif imperiyaların tərkibində, o cümlədən Sovet İttifaqının tərkibində mövcud olmaq imkanını təmin ediblər. Burada müxtəlif millətlər arasında ailəvi dostluq yayılıb”, - deyə məqalədə bildirilir.
Müəllifin sözlərinə görə, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz tolerantlığın yeni və gözlənilməz Azərbaycan modelini kəşf etdiyini deyib.
“Mən çox səyahət etmişəm, əslində hər şey çox sadədir. Müsəlmanlar (Azərbaycanda -İF-Az) heç bir zaman yəhudiləri öz cəmiyyətlərindən kənar qəbul etməyiblər”, - deyə R.Harpaz söyləyib.
Y.Əliyev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət