Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə günü keçirilən iclasda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanma qaydası və sayı ilə əlaqədar məsələləri müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Bundan başqa, MSK üzvləri Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklərin edilməsi məsələlərini müzakirə ediblər.
Gündəliyin bütün bəndləri MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
MSK sədri Məzahir Pənahov məlumat verib ki, 1607 bələdiyyəyə 15035 nəfər seçilməlidir; 5996 imza vərəqəsi götürülüb, 45 imza vərəqəsi artıq geri qaytarılıb.
Onun sözlərinə görə, indiyədək MSK-ya 13193 müraciət daxil olub, müraciət edənlərin 9103 nəfəri kişi, 4090 nəfəri qadındır.
“Qadınların kişilərə nisbəti təxminən 1:2 təşkil edir. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”, - deyə M.Pənahov bildirib.
Y.Əliyev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət