Suallara Helsinski Universitetinin nümayəndəsi, pasifizim ideyalarının təşviqi ilə məşğul olan Finlandiyanın “Komitə 100” Qeyri-Hökumət Təşkilatının (Sadankomitea) eksperti Alvina Alametsa cavab verir.
-Siz Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən Bakıda təşkil olunmuş Gənclərin Beynəlxalq Sülh Forumununun iştirakçılarından biri olmusunuz. Səfəriniz barədə təəssüratlarınızı bölüşmənizi istərdik.
Azərbaycan xeyirxah və sülhsevər insanları olan çox gözəl ölkədir. Mən sizin ölkənizə heyran oldum. Ümid edirəm, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan sülhə nail olacaq və özünün bütün ərazisinin potensialından tam şəkildə istifadə edə biləcək. Bu, regionda hər kəsə fayda verəcək.
Azərbaycan akademik təhsil, yüksək texnologiyalar və energetika sahələrində böyük potensiala malikdir. Mən, həmçinin istərdim ki, gələcəkdə Azərbaycan enerji istehsalı üçün daha dayanaıqlı metodlardan istifadə etsin.Bu, respublikada innovasiya və yeni şirkətlərin inkişafı üçün gözəl yol olardı.
Azərbaycanlılar bəsirətli və uzaqgörən insanlardır. Beynəlxalq aləm gələcəkdə sizin ölkəniz haqqında hələ çox şey eşidəcək!
Sizin fikrinizcə, bugünkü Avropada Azərbaycan hansı yerdə dayanır?
- Mənim üçün Azərbaycan Avropa ölkəsidir. Mən istərdim ki, respublika ilə əməkdaşlıq daha da intensiv olsun. Azərbaycan, xüsusən də Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı bu istiqamətdə böyük işlər görür. Əminəm ki, Azərbaycan öz siyasətində, xüsusən də Ukraynada baş verən hadisələr kontekstində Avropaya daha çox meylli ola bilər.
Həmçinin mənə belə gəlir ki, Azərbaycanda vətəndaşlar ingilis dilini öyrənməyə təşviq edilməlidir. Bu dili məktəblərdə icbari proqrama daxil etmək olardı. Bu, bizim əməkdaşlığımızı asanlaşdıracaq.
-Söhbətimizin əvvəlində Dağlıq Qarabağ problemini xatırlatdınız. Azərbaycanlılarla ermənilər arasında davam edən bu düşmənçilik barədə nə deyə bilərsiniz?
Biz hamımız bacı-qardaşıq. Mən çox istərdim ki, azərbaycanlılar və ermənilər keçmişi unudub gələcəyə doğru irəliləsinlər. Mən anladım ki, hamı Qarabağda zorakılığa son qoyulmasını istəyir.
Qəzəb, peşmanlıq və öldürmə heç kimə kömək etmir. Müharibə cəhənnəm deməkdir və o, Yer üzündə olmamalıdır. Mən BMT-nin regiona güclü müdaxiləsini dəstəkləmirəm, lakin güman edirəm ki, BMT regionda “yumşaq güc” tətbiq edilməsində və işgüzar əməkdaşlığın təşviqində daha fəal olmalıdır. Qarabağ həm təbii ehtiyatlarına görə, həm də gözəl dağlarında turizmin inkişafı baxımından böyük potensiala malikdir. Mən Azərbaycanla Ermənistan arasında sülh prosesinin baş tutacağına çox inanıram.
-Azərbaycan insan hüquqları ilə bağlı vəziyyətlə əlaqədar tez-tez müxtəlif Avropa institutlarının tənqidlərinə məruz qalır, lakin praktiki olaraq onlardan heç biri erməni işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 mln. Azərbaycan vətəndaşının problemlərinə diqqət yetirmir. İkili standartların bu cür təzahürünü necə izah edə bilərsiniz?
Düşünürəm ki, onlardan biri digərini istisna etmir. Azərbaycan insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması işində ambisiyalı olmalıdır və mən görürəm ki, siz buna səy göstərirsiniz. Və əlbəttə, beynəlxalq birlik azərbaycanlı qaçqın və məcburi köçkünlərə çox böyük diqqət ayırmalıdır. Mən ümid edirəm ki, bu iki xalqın qəbul edəcəyi həll yolu tapılacaq.
Söhbət etdi: Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət