“İnterfaks-Azərbaycan” agentliyinin İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə müsahibəsi.
- Zəhmər olmasa, Azərbaycana səfərinizin məqsədləri barədə məlumat verərdiniz.
- Səfərimin əsas məqsədi İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinə hazırlıqdır. Səfər çərçivəsində Azərbaycan tərəfi ilə imzalanacaq sənədləri müəyyən etmək üçün artıq bir neçə gündür ki, Bakıdayam. Azərbaycanlı həmkarımla (xarici işlər nazirinin müavini Xələf Xələfovla - İF-Az) bu məsələlərə dair fikir mübadiləsi aparırıq. Danışıqlarımız bu gün da davam edir. Ümid edirəm ki, qalan məsələlərə dair razılıq əldə edəcəyik və cənab Ruhaninin səfərinə qədər bütün işləri başa çatdıracağıq.
- Prezident Həsən Ruhaninin Azərbaycana səfəri zamanı hansı sənədlər imzalanacaq?
- Biz 10 sənəd ətrafında müzakirələr apardıq. Düşünürəm ki, sabaha kimi onlar imzalanmağa hazır olacaq. Sənədlər siyasi, iqtisadi, mədəniyyət sahələrini əhatə edir. O cümlədən sərhədlə bağlı məsələlər var. Qeyd edim ki, cənab İlham Əliyevin Tehrana səfəri zamanı dörd sənəd imzalanıb. Bunlar və əlavə olaraq imzalanmağa hazırlanan yeni sazişlər iki ölkə arasında münasibətlərin inkişafının sübutudur və bir daha qarşılıqlı əlaqələrin genişlənməsi üçün böyük perspektivərin olduğunu göstərir. Həmçinin vurğulamaq lazımdır ki, bu, son bir il ərzində dövlət başçılarının artıq dördüncü görüşüdür.
- Prezidentlərin görüşündən nə kimi gözləntiləriniz var?
- Çox yaxşı və müsbət gözləntilərimiz var. Bütövlükdə 2014-cü ili Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən Azərbaycan-İran münasibətlərində ən yaxşı il adlandırmaq olar.
- Xəzəryanı ölkələrin dövlət başçılarının son sammitində Xəzər dənizinin hüquqi statusuna dair məsələdə irəliləyişin əldə olunduğu bəyan edildi. Söhbətin hansı irəliləyişlərdən getdiyini dəqiqləşdirə bilərsinizmi?
- Həştərxanda keçirilən görüşdə biz bir sıra sənədlər imzaladıq. Orada imzalanan sənədlər həm sayına, həm də də məzmununa görə indiyədək imzalanan bütün sənədləri xeyli üstələyir. Bundan başqa, bu görüşdə ölkələr arasında az sayda fikir ayrılığı olub. Bu gün sahilyanı ölkələr Həştərxanda əldə olunan razılıqlara əsasən Xəzər dənizinin hüquqi statusuna dair iş həyata keçirir. Xüsusilə ölkələr arasında Xəzərdə təhlükəsizliyə dair sənəd artıq icra olunma mərhələsindədir. O cümlədən ekologiya ilə bağlı saziş inkişaf mərhələsindədir. Xəzər dənizində iqtisadi əməkdaşlıq, həmçinin yükdaşımalar və fövqəladə hallarla bağlı işlərin inkişafı gözlənilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, dövlət başçılarının Həştərxan görüşü indiyədək keçirilən görüşlərdən daha böyük nəticə verib.
Məqsədimiz bütün tərəflərin razı qalacağı sənədin imzalanmasıdır. Heç kəs düşünməsin ki, hansısa ölkə zorla sənədə imza atacaq. Bütün Xəzəryanı dövlətlər, həm böyük, həm də kiçik olanlar eyni və bərabər rəyə malikdir. Bu səbəbdən düşünmürəm ki, tez imzalanan, lakin konsensusun olmaması səbəbindən qüvvədə olmayan sənəddən fayda olsun.
- Siz qeyd etdiniz ki, İran prezidentinin səfəri zamanı sərhədlər məsələsi müzakirə olunacaq...
- Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində gömrük məntəqələrinin sayını, həmçinin onların iş saatlarını artırmağı planlaşdırırıq. Bu məsələ Bakıda olduğum müddətdə artıq müzakirə olunub.
- Böyük Britaniyanın “The Times” qəzetində İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı Tehranla Vaşinqton arasında diplomatik münasibətlərin bərpa edilməsi perspektivlərinə dair gizli Amerika-İran danışıqlarının keçiriləcəyi barədə məlumat dərc edilib. Bu məlumatı necə şərh edərdiniz?
- Mən inanmıram ki, bu, mümkün olsun. Düzünü desəm, mən bu informasiya ilə tanış deyiləm. Lakin təkrar edirəm, mən buna inanmıram.
- Tehran İranın nüvə proqramına dair “altılıq”la danışıqlardan nə gözləyir?
Məlum olduğu kimi, bir gün əvvəl (noyabrın 10-da) Cavad Zərifin Con Kerri və Ketrin Eşton ilə görüşü keçirilib. Bundan sonra İranın “altılıq”la danışıqlarının növbəti raundu keçiriləcək. Tərəflər danışıqlar üzrə qabaqcadan nəzərdə tutulmuş müddətə - noyabrın 24-nə qədər müsbət nəticə əldə etməyə ümid edirlər. Amma biz bu məsələ ilə bağlı nə sevinmirik, nə də bunu dərd etmirik. Çünki bu, bizə 100% ümid də vermir, 100% ümidsiz də deyil. Ciddi danışıqlar gedir və biz onların başa çatmasını gözləməliyik.
- Cənab Rəhimpur, məlum olduğu kimi, İranla qonşu ölkələrdə terrorçu təşkilat kimi tanınan İŞİD və ya “İslam dövləti” vəhşiliklər törədir. Bununla əlaqədar İran hansı qabaqlayıcı tədbirlər görür? Həmin qruplaşma sizin ölkəyə təhdiddirmi?
- İŞİD zamanı gələndə məhv ediləcək saxta və zəif qruplaşmadır. İŞİD-in yaradılmasında məqsəd Bəşər Əsəd hökumətinin məhv edilməsi və İraq dövlətinin zəifləməsi olub, lakin bu məqsədlərə baxmayaraq, həmin dövlətlər davam gətiriblər. Digər tərəfdən, bu gün İŞİD dünyanın 50 ölkəsinə təhlükədir və onun fəaliyyəti artıq Qərb ölkələrini narahat etməyə başlayıb.
İrana gəlincə isə, biz bu qruplaşmadan qorxmuruq. Əksinə, İŞİD-in İran sərhədinə yaxınlaşmağa cəsarəti çatmaz. Əgər İsrail hökuməti bizdən qorxursa, sizcə, kiçik qruplaşmanın bizə yaxınlaşmağa cəsarəti çatarmı?
Əfsuslar olsun ki, regionun bəzi ölkələri bu qruplaşmaya həm maddi, həm də silahlı yardım etdi. Bir gün həmin qruplaşma ona yardım edən ölkələrin bəlasına çevriləcək.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət