Azərbaycan rəhbərliyi azad, demokratik və açıq seçkilərin keçirilməsi üçün lazımi şəraitin təmin edilməsinə böyük əhəmiyyət verir. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.
“Seçki komissiyaları açıq və demokratik seçkilərin keçirilməsi üçün normal şəraitin yaradılmasına görə böyük məsuliyyət daşıyır. Biz peşəkar bilik və bacarığımızı ona yönəltməliyik ki, seçki məntəqlərinə gələn seçicilər öz iradələrini açıq şəkildə ifadə etsinlər”,- deyə o, 2014-cü il dekabrın 23-də təşkil olunacaq bələdiyyə seçkiləri ilə əlaqədar MSK tərəfindən məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində təşkil edilmiş “Trenerlər üçün treninqlər”də bildirib.
N.Məmmədovun sözlərinə görə, Azərbaycanda demokratik seçkilərin təmin edilməsinə böyük əhəmiyyət verilir.
“Son 10 ildə ölkəmizdə seçki qanunvericiliyinin və seçki proseslərinin təkmilləşdirilməsi məsələlərinə böyük diqqət yetirilir. Bu istiqamətdə şübhəsiz ki, uğurlar əldə olunub və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri bunu təsdiq edirlər”, - deyə o əlavə edib.
O, xüsusilə qeyd edib ki, seçki komissiyalarının nümayəndələri öz peşəkar biliklərindən istifadə edərək əhaliyə onların seçki hüquqları barədə vaxtında məlumat verməli, onların seçkilərdə öz iradələrini azad şəkildə ifadə etməsi üçün normal şərait yaradılmasına kömək etməlidirlər.
“5 milyona yaxın seçicinin iştirak edəcəyi seçkilərin maksimal şəkildə şəffaflığının təmin edilməsində bizim üzərimizə böyük məsuliyyət düşür. Buna görə də biz xalqın və dövlətin maraqlarının təmin edilməsi naminə öz peşəkar öhdəliklərimizin yerinə yetirilməsinə son dərəcə ciddi yanaşmalıyıq”,- deyə N.Məmmədov bildirib.
MSK-nın sədr müavini seçki komissiyalarında digər siyasi partiyaların nümayəndələri üçün də normal şəraitin yaradılmasının vacibliyini vurğulayıb.
“Əlbəttə, pozuntuların, anlaşılmazlığın olmadığı ideal seçkilər olmur. Bizim vəzifəmiz belə faktları minimuma endirməkdir. Seçkilərdə səhvlərə yol verilməsini gözləyən müxtəlif beynəlxalq təşkilatlar bizim fəaliyyətimizi diqqətlə izləyirlər. Lakin beynəlxalq təşkilatların seçki prosesinin monitorinqini azad şəkildə apara bilməsi üçün hər cür şərait yaradılır. Seçki komissiyalarının əməkdaşlarına gəlincə, seçkilər xalqın və dövlətin maraqlarını, eləcə də seçki prosesinin şəffaflıq və demokratikliyini təmin etməyə hazır olduğumuzu nümayiş etdirmək üçün gözəl şansdır”, - deyə N.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, treninqndə 250 - yəni hər dairə seçki komissiyasından 2 trener iştirak edəcək.
Daha sonra dairə seçki komissiyalarının nümayəndələri yerlərdə analoji treninqlər keçirəcəklər. Maarifləndirmə işi dairə və məntəqə seçki komissiyalarının 30 min əməkdaşını əhatə edəcək.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət