Prezident İlham Əliyev çərşənbə axşamı Azərbaycan və digər dövlətlər və beynəlxalq təşkilatlar arasında imzalanan bir sıra sənədləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Belə ki, İ.Əliyev 13 may 2014-cü il tarixində Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı) imzalanmış Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında Memorandumu təsdiq edib.
Prezident bu il sentyabrın 25-də Bakıda imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında Memorandumu da təsdiq edib.
Bundan başqa, İ.Əliyev cari il sentyabrın 11-də Bakıda imzalanan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandumu və 2014-cü il oktyabrın 15-də Bakıda imzalanan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumunu təsdiq edib.
İ.Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında” sazişi (24 iyun 2014-cü ildə La-Pas şəhərində imzalanıb), “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” sazişi (8 iyul 2014-cü ildə Bakıda imzalanıb) də təsdiq edib.
Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında Saziş (15 sentyabr 2014-cü ildə Bakıda imzalanıb), 16 oktyabr 2014-cü ildə Düşənbədə imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Monteneqronun Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş (18 sentyabr 2014-cü ildə Bakıda imzalanıb) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Protokol (14 oktyabr 2014-cü ildə Bakıda imzalanıb) təsdiq edilib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət