Milli Məclisin vitse-spikeri Bahar Muradova vətəndaş cəmiyyətinin inkişafı proseslərinin dövlət tərəfindən maliyyələşdirilməsi modelinə keçidi və Azərbaycanın qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığının azaldılmasını zəruri hesab edir.
“Bu gün regionda və bütövlükdə bütün dünyada münaqişələr, separatizm, etnik, dini və milli dözümsüzlük və ərazi iddialarının təzahürlərini müşahidə edirik”, - deyə B.Muradova çərşənbə günü parlamentdə “Azərbaycanın 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, bütün qeyd olunanlar özündə təhdid daşıyır.
“Bu gün biz, həmçinin aparıcı dövlətlər tərəfindən beynəlxalq hüquq prinsiplərinə hörmətsiz münasibət faktları ilə üzləşirik, nəticədə bizi yaxın illərdə gözləyən hadisələri proqnozlaşdırmaq mümkün deyil. Görürük ki, dünyada ədalət prinsipləri işləmir və bunu diqqət mərkəzində saxlamamaq qeyri-mümkündür”, - deyə vitse-spiker vurğulayıb.
B.Muradova təəssüflə qeyd edib ki, bəzi beynəlxalq mərkəzlər, QHT və dairələr, aparıcı dövlətlər mütəmadi olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar, Bakıya qərəzli münasibət nümayiş etdirirlər, bu isə Azərbaycan dövlətinin iqtisadi uğurları və hərbi gücünün artmasından irəli gəlir.
Vitse-spiker dövlətin QHT-lərlə əməkdaşlığının gücləndirilməsinin önəmini vurğulayıb.
“Yerli qeyri-hökumət təşkilatları ilə işi gücləndirmək, onların xarici donorlardan asılılığını azaltmaq lazımdır”, - deyə o bildirib.
B.Muradova, həmçinin QHT düşərgəsi ilə yaxınlaşmanın və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın yeni aspektlərinin hazırlanmasının zəruriliyini qeyd edib.
“Biz QHT-lərin müxtəlif layihə və proqramlarda iştirakını təmin edirik, həmçinin Azərbaycanda beynəlxalq təşkilatların fəaliyyət göstərməsi üçün şərait yaradırıq. Lakin əfsuslar olsun ki, çox vaxt həmin fəaliyyət Azərbaycanın milli maraqlarına qarşı yönəlir. Biz görürük ki, beynəlxalq maliyyə mərkəzləri layihələrin reallaşdırılmasına qrantlar verərək öz maraqlarını təmin etməyə cəhd edirlər. Bu səbəbdən Azərbaycan bu prosesi öz əlinə almalıdır. Biz dünya ictimaiyyətini ölkəmiz haqqında düzgün məlumatlandırmaq işini özümüz təşkil etməli və beynəlxalq arenada ədalətsizliklə mübarizə aparmalıyıq”, - deyə B.Muradova vurğulayıb.
Milli Məclisin vitse-spikeri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin maliyyələşdirilməsinin zəruriliyini də qeyd edib.
“Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası üçün 6 mln. manat qarşıya qoyduğumuz məqsədlərə nail olmaq üçün aydın məsələdir ki, kifayət deyil. Dünya ictimaiyyətinə Qarabağ və ölkəmizin üzləşdiyi problemlər haqqında məlumatları səmərəli çatdrmaq məqsədilə Şuranın maliyyələşdirilməsini artırmaq lazımdır. Eyni zamanda, biz görürük ki, hər tərəfdə dini radikalizm dini tolerantlığa alternativ yaratmağa cəhd göstərir. Bu təhdidlərlə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyələşdirilməsini artırmağı zəruri hesab edirəm. Azərbaycan qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığına son qoymaq üçün qeyd olunan strukturların maliyyələşdirilməsi üzrə işi öz üzərinə götürməlidir”, - deyə B.Muradova vurğulayıb.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət