Bank VTB (Azərbaycan) bu ilin 10 ayının nəticələrinə görə yüksək inkişaf dinamikası nümayiş etdirib.
Belə ki, 1 noyabr 2014-cü il tarixinə bank VTB (Azərbaycan)-nın aktivləri 274 mln manata çataraq, 2013-cü ilin müvafiq göstəricisini 51% üstələyib. Bankın məcmu kapitalı 49,5 mln manat təşkil edib. Ötən ilin həmin dövrü ilə müqayisədə məcmu kapitalın artımı 55% və ya 17 mln manatdan çox olub.
1 noyabr 2014-cü il tarixinə kredit portfeli 63% artaraq 260 mln manatı keçib ki, bunlardan da 137 mln manat və ya 54% biznes-kreditləri, 123 mln manat və ya 46% isə istehlak kreditləri təşkil edib. Ümumi kredit portfelində kiçik sahibkarlığın inkişafına ayrılan kreditlərin həcmi 84,4 mln manat və ya 32,5 % təşkil edib. Orta və iri sahibkarlığın kreditləşməsinə 52,7 mln manat və ya 20% ayrılıb. Ötən ilin göstəricisi ilə müqayisədə istehlak kreditləri 46 mln manat, kiçik biznesə ayrılan kreditlər 41 mln manat, orta və iri sahibkarlığın maliyyələşməsi ayrılan vəsaitlər isə 13 mln manat artıb. Noyabrın əvvəlinə verilən istehlak kreditlərin əsas hissəsi avtokredit və nağd kreditlərin payına düşüb – müvafiq olaraq 24% və 18%.
1 noyabr 2014-cü il tarixinə bankın depozit portfelinin həcmi 18 mln manatdan çox olmuşdur. Hesabat dövrünə bankın gəliri 4 mln manat təşkil edib ki, bu da ötənilki göstərici ilə müqayisədə 60% və ya 1,6 dəfə çoxdur.
1 noyabr 2014-cü il tarixinə bank VTB (Azərbaycan)-nın 11 filialı fəaliyyət göstərib ki, onlardan da 7-si bu il istifadəyə verilib. Hesabat ilinin sonunadək bank Sumqayıt və Gəncə şəhərlərində də yeni filiallar açmaqla filial şəbəkəsinin sayını 16-ya çatdırmaq niyyətindədir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 11 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: ulfat.ahmadova@vtb.az www.vtb.az |
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət