2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi üzrə xərclərin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,8% - $2 mlrd. 461 mln.-a qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, layihə üzrə xərclərin ümumi həcmində $720 mln. əməliyyat xərclərinin, $1 mlrd. 741 mln. əsaslı xərclərin payına düşür.
Yanvar-sentyabr aylarında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 24,2 mln. ton neft hasil edilib (azalma 1,2%).
Bu dövrdə orta sutkalıq neft hasilatı 655,7 neft təşkil edib. Yanvar-sentyabr aylarında “Çıraq” platformasından sutkada 63,6 min barel, “Mərkəzi Azəri” platformasından 169,6 min barel, “Qərbi Azəri” platformasından 159,6 min barel, “Şərqi Azəri” platformasından 77,3 min barel, “Dərinsulu Günəşli” platformasından 147,2 min barel, “Qərbi Çıraq” platformasından 38,4 min barel neft hasil edilib.
Daha əvvəl ABƏŞ-ə istinadən məlumat verilib ki, şirkət 2014-cü ildə AÇG layihəsi üzrə xərcləri $3 mlrd. 120 mln. səviyyəsində planlaşdırılır. Bunun $1 mlrd. 50 mln.-nu istismar xərcləri, $2 mlrd. 68 mln.-nu əsaslı xərclər təşkil edəcək.
2013-cü ildə ABƏŞ-in AÇG layihəsi üzrə xərcləri $3 mlrd. 605 mln., o cümlədən istismar xərcləri $772 mln., əsaslı xərclər $2 mlrd. 833 mln. təşkil edib.
Ötən il “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokundan 32,2 mln. ton neft hasil edilib.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78% - operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Azərbaycanın SOCAR (11,65%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “ITOCHU Oil” (4,3%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin “TPAO” (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatına 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən 2008-ci il aprelin əvvəllərindən, “Çıraq” yatağının qərb hissəsindən 2014-cü il yanvarın 29-dan başlanılıb.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət