“İnterfaks-Azərbaycan” agentliyinin Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə müsahibəsi
- Cənab səfir, bu yaxınlarda Azərbaycan və Macarıstan yüksək səviyyəli görüşlər mübadiləsi keçirdi. Belə ki, noyabrın əvvəlində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıya səfər edib. Bir həftə sonra isə Azərbaycan prezidenti İlham Əliyev Budapeştdə işgüzar səfərdə olub. Bu səfərlərin yekunlarına dair nə deyə bilərsiniz?
- Peter Siyartonun səfəri çox məhsuldar oldu. O, yüksək səviyyədə cənab prezident, birinci xanım, həmçinin nazirliklərin rəhbərləri tərəfindən qəbul edilib. Nazir Azərbaycan Dillər Universitetində nitq söyləyib, Heydər Əliyev Fondu və Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) rəhbərliyi ilə görüşlər keçirib. Biz bu səfəri baş tutmuş hesab edirik.
Nazirimizin Bakıya səfərinin digər məqsədi prezident İlham Əliyevin Macarıstana səfərinin hazırlanması məsələsi ilə bağlı idi.
Cənab İlham Əliyevin səfəri çox yaxşı və məhsuldar keçib. Biz müxtəlif sahələrdə 8 sənəd imzaladıq. Mən, diplomat kimi bildirməliyəm ki, münasibətlərimiz siyasi səviyyədə reallaşır. İqtisadi münasibətlərə də diqqət ayırmaq lazımdır. Sizin prezidentiniz və Macarıstanın baş naziri Azərbaycanın müxtəlif şirkətlərinin 77 nümayəndəsinin iştirak etdiyi biznes forumun birgə açılışını etdilər. Tədbir zamanı şirkətlər arasında daha 4 müqavilə imzalanıb. Bildiyim qədər, prezident İlham Əliyev səfərin nəticələrindən razı qaldı.
- Ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Həmin müqavilə hansı sahələri əhatə edəcək?
- Bu, bütün sahələrdə əməkdaşlıq etməyin zəruri olması deməkdir. Yəni hər iki tərəf bir-birini anlayır, dəstəkləyir, indiyədək də beynəlxalq səviyyədə dəstəkləyib. Zənnimcə, strateji tərəfdaşlıq sadəcə sənəd deyil. Bu, ən mühüm sənəddir.
- Baş naziriniz Azərbaycan prezidenti ilə mətbuat qarşısında birgə çıxışı zamanı Macarıstanla qonşu ölkələri öz qaz infrastrukturlarını qurmağa çağırdı...
- Biz Azərbayan qazında çox maraqlıyıq və bu maraq dünən yaranmayıb, çoxdan mövcuddur. İki il əvvəl “Nabucco West”i TAP ilə əvəz etmək qərara alınıb. Sizin qazınız Türkiyə vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya nəql ediləcək.
Biz qazın təxminən 80%-ni Rusiyadan alırıq. Bu, yüksək göstəricidir. Bu mənada Rusiyadan çox asılıyıq. Və biz bir ölkədən o qədər də asılı olmaq istəmirik. Bu səbəbdən Azərbaycan qazının Macarıstana nəqlində çox maraqlıyıq. Bunun üçün Mərkəzi Avropa ölkələri interkonnektor inşa etməlidir. Macarıstana gəlincə isə, biz artıq Xorvatiya və Slovakiya istiqamətlərində öz hissəmizi inşa etmişik.
- Başa düşdüyüm kimi, enerji sahəsi prioritet təşkil edir. Əməkdaşlığın prioritet sahələrinə daha nə daxildir?
- Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq. Normal yaşamaq üçün ölkələrin inkişaf etməsi lazımdır. Bunun üçün isə iqtisadi inkişaf zəruridir. Buna görə əsas məqsədimiz ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafıdır. Macar iş adamlarının Azərbaycana, o cümlədən azərbaycanlı sahibkarların Macarıstana diqqətini cəb etmək üçün çox iş görmək lazımdır. Yaxşı və səmərəli münasibətlər qurmaq lazımdır. İqtisadiyyat və biznes bir-birini tamamlayır.
- Macarıstan konkret olaraq azərbaycanlı iş adamlarına nə təklif edir?
- Ərzaq məhsullarımızı. Onlar çox dadlıdır. Hələlik bu sahədə çalışdığımızı deyə bilmərəm, çünki Azərbaycanın piştaxtalarında Macarıstanın kolbasalarını, şərablarını, pendir və şirniyyatlarını görmürəm. Düşünürəm ki, əməkdaşlığımızı bu istiqamətdə yürüdə bilərik.
- Macarıstanın işgüzar dairələri üçün Azərbaycan iqtisadiyyatının hansı sektorları maraq kəsb edir?
- İnformasiya texnologiyaları sahəsi. Prezidentin səfəri zamanı informasiya texnologiyaları nazirlikləri arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Sənədə əsasən, Macarıstan şirkətləri tərəfindən Azərbaycanda Regional Məlumat Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu, yüksək səviyyədə olacaq. Gündən günə məlumatların sayı artır. Onları hansısa üsullarla qoruyub saxlamaq lazımdır. Serverlər çox yer tutur. Macarıstan şirkəti İsveçrədə Nüvə Tədqiqatları İnstitutu ilə çalışıb və iki il əvvəl Budapeştdə Məlumat Mərkəzi inşa edib. Azərbaycan hökuməti Bakıda belə mərkəz inşa etmək qərarına gəlib. Bu, çox yaxşı və uğurlu sahədir.
Bundan başqa, su təchizatı sahəsində yaxşı əməkdaşlığımız var. Artıq bir müqavilə icra olunub, Budapeştdə daha üç sənəd imzalanıb.
- Turizm sahəsində əməkdaşlıq necə irəliləyir?
- Bu sahədə hər şey normaldır. İşləyirik. Baxmayaraq ki, «Wizz Air» avişirkəti Bakıya reyslərin həyata keçirilməsini dayandırıb, bu, müvəqqəti haldır. 2015-ci ilin mart ayında şirkət Bakı və Budapeşt arasında hava uçuşlarını bərpa edəcək.
Kiçik bir sirr açım. Bu günlərdə Macarıstanın nümayəndə heyəti Bakıda “Azərbaycan Hava Yolları” (AZAL) ilə danışıqlar aparıb. Yekunlar barədə danışmaq hələlik tezdir. Lakin deyə bilərəm ki, danışıqlar uğurlu olub.
- Məlum olduğu kimi, «Wizz Air» hamıya əlverişli qiymətlərlə xidmətlər göstərən aviaşirkətdir. Şirkətin qiymət siyasətində dəyişikliklər olacaqmı?
- Ola bilər. Heç nə deyə bilmərəm.
- Cənab səfir, bu yaxınlarda Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vurublar. Bu isə dünya birliyinin müxtəlif reaksiyasına səbəb olub. Bu insidentlə bağlı sizin mövqeyiniz necədir?
- Macarıstan Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və münaqişələrə qarşı çıxış edir. Ermənistan və Azərbaycan arasında problemi həll etmək lazımdır. Strateji tərəfdaşlıq haqqında sənəddə də bu barədə yazılıb. Ən mühüm məsələ ondan ibarətdir ki, XXI əsrdə bu cür məsələləri sülh yolu ilə həll etmək lazımdır. Müharibə, təcavüz tərəflər üçün yaxşı heç nə vəd etmir. Tərəflərin sakitləşib hər şeyi sülh yolu ilə həll etməsi lazımdır.
- Bu yaxınlarda ABŞ prezidenti Barak Obama Azərbaycan və Macarıstanda insan haqları sahəsində problemlər müşahidə etdiyini qeyd edərək bu ölkələri tənqid edib. Bu bəyanatı necə şərh edərdiniz?
- Bu məsələ ilə bağlı ABŞ prezidenti ilə söhbət etməmişəm, lakin yazdıqlarını oxudum. Hesab edirəm ki, bizim ölkədə olduğu kimi, sizin ölkədə də insanın fundamental hüquqlarına hörmət edilir və riayət olunur. Mən Azərbaycanda vətəndaşların hüquqlarının hansısa formada məhdudlaşdırılmasının şahidi olmamışam. Bəzən məqalələr oxuyuram ki, orada yazılır ki, Macarıstanda demokratiya yoxdur, insan haqqlarına riayət olunmur, söz azadlığı yoxdur. Macarıstan jurnallarına göz gəzdirmək lazımdır. Görün məni tanımayan insanlar mənim barədə nələr yazırlar. Əgər ölkələrimizdə söz azadlığı olmasaydı və insan haqqlarına riayət edilməsəydi, jurnalistlər bu cür məqalələr yaza bilməzdilər.
Söhbət etdi Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət