Korporativ sosial məsuliyyətə mühüm əhəmiyyət verən “Bank of Baku” Azərbaycan təhsilinin dəstəklənməsinə yönəlmiş növbəti addımını atıb. Belə ki, “Bank of Baku” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi “Bank of Baku”-nun İdarə Heyətinin sədri Fərid Hüseynov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov imzalayıblar.
İkitərəfli saziş bankla təhsil oçağı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Sənədə əsasən yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr "Bank of Baku" tərəfindən təsis edilən təqaüd proqramından faydalana biləcəklər. Qarşılıqlı əməkdaşlıq həmçinin tələbə və məzunların "Bank of Baku"-da təcrübə proqramlarına cəlb edilməsini və universitetdə fəaliyyət göstərən “Sabah” qruplarının təhsil aldığı auditoriyalardan birinin maddi-texniki təchizatının bank tərəfindən təmin olunacağını nəzərdə tutur.
İmzalanma mərasimindən öncə müəllim-professor heyəti qarşısında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkənin inkişafında təhsilin mühüm rolundan danışaraq, bu proseslərdə biznes sektorunun təhsilin inkişafına göstərdiyi marağın və qayğının dəyərli olduğunu vurğuladı. Rektor ikitərəfli əməkdaşlıqdan müəllim və tələbələrin səmərəli istifadə edəcəklərinə əmin olduğunu bildirdi.
Öz növbəsində “Bank of Baku”-nun İdarə Heyətinin sədri Fərid Hüseynov vurğuladı ki, bank üçün sosial yönlü aksiyalar prioritet əhəmiyyətlidir və bu mənada təhsilə ayrılan diqqət müstəsna əhəmiyyət daşıyır. Fərid Hüseynov qeyd etdi ki, “Bank of Baku” artıq Azərbaycanın bir neçə aparıcı ali təhsil ocağı ilə sıx əməkdaşlıq edir və yüzlərlə tələbə bu əməkdaşlıqdan geniş faydalanır.
“Bank of Baku” Azərbaycan Dövlət İqtisad Universiteti ilə əlaqələrin güclənəcəyinə inanır və gələcəkdə bir çox maraqlı layihələr həyata keçirməyi planlaşdırır.
145 Məlumat Mərkəzi
Bank of Baku
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət