İran tərəfi Araz çayı və Xəzər dənizinin sularından qurumaqda olan Urmiya gölünün bərpası üçün istifadə edilməsi məsələsini araşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, bu barədə İranın Qərbi Azərbaycan vilayətinin qubernatoru Qurbanəli Səadət bəyan edir.
“Xəzər və Arazdan Urmiyaya kanalın çəkilməsi məsələsi araşdırılır. Bundan başqa, Xəzərin beynəlxalq hovuz olması ilə əlaqədar bu məsələ əlavə müzakirələr tələb edir. Hələlik bu məsələ araşdırılır və konkret qərar qəbul edilməyib”, - deyə Q.Səadət Urmiya şəhərində azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.
Əsasən etnik azərbaycanlıların yaşadığı İran regionunda yerləşən Urmiya gölünün quruması ilə bağlı narahatlıq dəfələrlə Milli Məclisdə, o cümlədən Azərbaycanın müxtəlif ictimai təşkilatları tərəfindən səsləndirilib.
Qubarnatorun sözlərinə görə, Araz çayı və Xəzər dənizinin sularının qarışdırılması kimyəvi tərkiblərinin müxtəlifliyinə görə gözlənilməz əlavə problemlər yarada bilər.
O qeyd edib ki, Həsən Ruhani İran prezidenti seçilməzdən əvvəl gölün probleminin həlli ilə məşğul olacağına dair söz verib.
“Onun bu istiqamətdə ilk addımı gölün əvvəlki vəziyyətə qaytarılması məqsədilə İranın Nazirlər Kabineti yanında qərargahın yaradılması barədə qərar olub. Bununla əlaqədar İran universitetlərinin müəllim və professorlarından ibarət işçi qrupu yaradılıb. Həmin qrup bu sahədə ixtisaslaşan dünyanın digər universitetlərindən həmkarları ilə bu məsələnin müzakirəsinə başladı. Bu şəxslər İrana dəvət olundular, onların fikri öyrənildi”, - deyə Q.Səadət qeyd edib. Onun sözlərinə görə, Rusiya, Yaponiya, Amerika və Belçika, həmçinin Aral dənizinin quruması məsələsini öyrənən Avropa və Hindistan alimləri ilə fikir mübadiləsi aparılıb.
“Onların rəyi öyrənildikdən sonra 6 ay ərzində təkliflər paketi hazırlandı. Təkliflər paketində qeyd olunur ki, əgər dövlət qarşıya qoyulan məsələləri yerinə yetirərsə, Urmiya gölünü 10 il ərzində əvvəlki vəziyyətə qaytarmaq mümkün olacaq”, - deyə o qeyd edib. Q.Səadətin sözlərinə görə, təkliflər 25 maddədən ibarət olub, onların hər biri ayrıca layihə kimi bəndlərə bölünüb.
“Hazırda bir neçə layihə üzrə vəsait ayırmışıq və işlərin həyata keçirilməsinə başlamışıq. Onlardan biri kənd təsərrüfatı sistemində suvarma ilə bağlı islahatların həyata keçirilməsini nəzərdə tutur. Bundan başqa, gölün ətrafında hövzə və su resursları var. Biz onları Urmiya gölünə yönəltməyə çalışırıq. Bu, gölün bərpasına imkan verəcək”, - deyə o qeyd edib.
Qubernator məlumat verib ki, gölün bərpası üzrə işlərə 1400 mlrd. tümən ($437,5 mln.) ayrılıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət