Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılışı olub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
2011-ci ildən etibarən Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının açılış mərasimi Heydər Əliyev Fondu və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə keçirilib.
İnformasiya bürosunun açılışının əsas məqsədi Azərbaycan mədəniyyətinin, eyni zamanda Qarabağla bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş kütləyə çatdırılmasıdır.
Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Bu informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə ölkəmizlə bağlı tarixi, mədəni, turistik məlumatların, eləcə də işğal olunmuş Dağlıq Qarabağ barədə həqiqətlərin yerli əhaliyə çatdırılması, mütəmadi olaraq müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu istənilən ziyarətçi üçün hər zaman açıqdır və Azərbaycanla bağlı müxtəlif kitablar, jurnallar, audio və videomateriallar, broşürlər və s. əyani vəsaitlərə malikdir.
Açılış mərasimində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, deputat Rövşən Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, səfirliyin müşaviri Fərəh Gözəlova, “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Lea Linster çıxış ediblər.
Y.Əliyev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət