Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi vasitəsilə Əfqanıstandan yükdaşımaların təşkilində maraqlıdır. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov cümə günü Bakıda “Mərkəzi Asiyada nəqliyyat və logistikanın gələcəyi” mövzusunda keçirilən beynəlxalq seminarda bəyan edib.
“Türkmənistan və Əfqanıstan arasında yeni dəmir yolunun tikintisi ilə əlaqədar Türkmənistan tərəfi öz ölkəsi vasitəsilə Əfqanıstandan Azərbaycana, sonra isə Gürcüstan və Türkiyəyə dəmir yolu ilə yükdaşımaların təşkili təşəbbüsü ilə çıxış edib və müvafiq saziş layihəsinin hazırlanması üzərində iş aparır”, - deyə o qeyd edib.
M.Pənahovun sözlərinə görə, bununla əlaqədar maraq göstərən bütün tərəflərlə danışıqlar və müzakirələr aparılır. “Söhbət Əfqanıstandan Türkmənistan və daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə və geriyə yükdaşımaların təşkilindən gedir. Hindistan və Pakistan da BTQ vasitəsilə yükdaşımalara maraq göstərir”, - deyə o məlumat verib.
M.Pənahov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin 2015-ci ilin sonunda tam istifadəyə verilməsi planlaşdırılır.
Bundan başqa, Silk Wind layihəsi çərçivəsində Qazaxıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan TRACECA dəhlizi vasitəsilə konteyner yükdaşımalarının təşkili üzrə işi davam etdirir.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
Dəmir yolu istifadəyə verildikdən ilk üç il sonra yükdaşımalar 3 mln. ton, 5 ildən sonra 5 mln. ton və daha artıq, 10 ildən sonra 10 mln. ton və daha artıq səviyyədə proqnozlaşdırılır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət