Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Beynəlxalq Analar Gününə həsr olunmuş gecə keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Bayramın keçirilməsində məqsəd qadına qayğıkeş münasibət ənənəsini dəstələmək, ailə təməlini möhkəmləndirmək, həyatımızdakı əsas insanın - ananın rolunu xüsusi qeyd etməkdir.
Gecənin iştirakçıları tədbirin Bakının 228 saylı məktəbinin rus dili və ədəbiyyatı müəlliməsi Elmira Cavadovna Hüseynovanın təşəbbüsü ilə keçirilməsi barədə məlumatı təəccüb və məmnunluqla qarşılayıblar.
1988-ci il oktyabrın 30-da o, ilk dəfə öz məktəbində məhz bu adda bayram təşkil edib. Bu bayramda bütün məktəblilərə bayramı beynəlxalq bayrama çevirmək çağırışının yer aldığı müraciət qəbul edilib. O zaman müxtəlif Sovet qəzetləri bu müraciətin mətnini dərc etmişdilər.
Ölkənin bir çox məktəbləri bu gözəl ənənəni davam etdirdilər və bayram tədricən ümumxalq bayramına çevrildi.
Tədbirdə Musiqi Akademiyasının tələbələri Nərmin Əliyeva, Ramil Hüseynli və Dilarə Əliyeva anaya həsr olunmuş mahnılar ifa ediblər.
Konsert başa çatdıqdan sonra “Bir dəfə, 20 il sonra” adlı bədii film nümayiş etdirilib.
Rusiyada Analar Günü prezident Boris Yeltsinin fərmanı ilə 1998-ci il yanvarın 30-da təsis edilib və hər il noyabrın son bazar günü qeyd edilir.
A.Zeydullayeva
Xan Yunis sakinlərinə təxliyə əmri verilib
Horovluda məktəb, uşaq bağçası və ticarət mərkəzi inşa olunacaq
2022-ci ildə ASK-nin gəlirlərinin 64%-i alüminium məhsulların satışının payına düşüb
Manat avro və rubla qarşı bahalaşıb, dollar və lirəyə qarşı sabitdir
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail Baş Qərargah rəisi Qəzzanın cənubunda da güclü əməliyyat vəd edib
İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 min hava zərbəsi endirib
İsrail hökuməti Qəzzada bufer zonası yaratmaq planını təsdiqləyib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək