Azərbaycan neft sektorunun xüsusi çəkisinin ÜDM-in 1/3-nə qədər azaltmağa çalışır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Rossiya 24” telekanalına verdiyi müsahibəsdə bildirib.
“Azərbaycan çalışacaq ki, neft sektoru ÜDM-in üçdə birini təşkil etsin. O zaman iqtisadiyyatın şaxələnməsi siyasətini uğurlu hesab etmək olar. Hazırda ÜDM-də neft sektorunun xüsusi çəkisi 45% təşkil edir”,- deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, dünya bazarlarında neftin qiymətlərinin azalması “sözsüz ki, bizim planlarımıza mənfi təsir göstərəcək. Lakin biz neftin bir barelinin qiymətinin 60 dollara qədər azalacağı təqdirdə iqtisadiyyatın stabil inkişaf edə bilməsi üçün müxtəlif ssenarilər hazırlamışıq”, - deyə o əlavə edib.
İ.Əliyev qeyd edib ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 90 dollar səviyyəsində təsdiq olunub. 2014-cü ilin büdcəsində bu göstərici 100 dollar təşkil edib.
“Neftin qiymətlərinin azalmasında yeganə mənfi cəhət budur ki, biz bir il ərzində həyata keçirməli olduğumuz planları iki il ərzində gerçəkləşdirməli olacağıq. Prioritet olmayan istiqamətlər, infrastruktur layihələr üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, bundan qabaqkı illərdə biz bu layihələrin çox hissəsini həyata keçirmişik”, - deyə o qeyd edib.
Dövlət başçısı deyib ki, dünyada neftin qiymətləri ilə bağlı xaos müşahidə olunur, bu günə qədər heç kim baş verənlərin səbəblərini dəqiq izah edə bilmir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət