Azərbaycan 2017-ci ilə qədər Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalarüzrə Komissiyasına sədrlik edəcək. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çərşənbə günü Bakıda QDİƏT-ə üzv ölkələrinelm və texnologiyaüzrə nazirlərinin iclası çərçivəsində jurnalistlərə bəyan edib.
“2014-2016-cı illərdə Azərbaycan QDİƏT-in elm və texnologiyaüzrə Komissiyasına sədrlik edəcək. Biz bu qurumda iştirakımı mühüm hesab edirik və təşkilatın uğurlu fəaliyyəti üçün səylərimizi əsirgəməyəcəyik”, - deyə nazir qeyd edib.
Ə.Abbasovun sözlərinə görə, QDİƏT-ə üzv ölkələri innovasiyalar, insan resursları və elmi potensialın inkişafı sahəsində əməkdaşlığı gücləndirməlidir.
Çərşənbə günü komisdsiyanəın iclası çərçivəsində elm və texnologiya sahəsində əməkdaşlığa dair dör illik fəaliyyət planı, bəyannamə və bir sıra digər sənədlər qəbul ediləcək.
Fəaliyyət planına bilateral əməkdaşlığın güclənməsi, innovasiyalar, kadr potensilına, xüsusilə gənc təqdiqatçılara diqqətin artırılması, yay məktəbləri və informasiya mübadiləsinin təşkili, beynəlxalq çərçivə proqramlarında fəal iştirak məsələləri daxildir.
QDİƏT-in elm və texnologiyaüzrə Komissiya 1994-cü ildə yaradılıb. Vəzifəsi Qara dəniz İqtisadi Əməkdaşlığın Nizamnaməsinin müvafiq müddəa və digər sənədlər, qətnamə, bəyannamə, fəaliyyət planları və bəyanatlarını rəhbər tutaraq həmin regionda elm və texnologiya sahəsində birgə fəaliyyətə yardım göstərməkdir.
Azərbaycan 1 iyul 2014-cü il tarixindən etibarən komissiyanın fəaliyyətinin əlaqələndiricisi qismində çıxış edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət