Mətbuat Şurasının sədri Əflatun Amaşov cəbhə bölgəsində baş verən hadisələrin işıqlandırılmasında jurnalistlər tərəfindən peşəkar vəzifələrinin icrasına cidd yanaşmanın zəruriliyini qeyd edir.
“Avqust ayında Ermənistan və Azərbyacan qoşunlarının təmas xəttində müəyyən gərginlik yaradan, baş verən hadisələrin işıqlandırılması bir sıra yerli KİV-in zəruri peşəkarlığın olamamsı ilə bağlı bir çox səhvlərin buraxıldığını nümayiş etdirdi. Bu isə cəmiyyət tərəfindən narahatlıqla qarşılandı”, - deyə Ə.Amaşov Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda dəyirmi masada bəyan etdi.
Onun sözlərinə görə, bunun ardınca Azərbaycanda cəbhə bölgəsindən xəbərlərin, o cümlədən dövlət sirri təşkil edən məlumatın yayılması prosesinin tənzimlənməsi üzrə zəruri tədbirlər görüldü.
“24 sentyabr2014-cü il tarixində Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirlərinin görülməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, biz bu gün müvafiq tədbirlər görürük. O cümlədən, çap mətbuat səhifələri və elektron KİV-də, siosial şəbəkələrdə monitorinqlər aparılır”, deyə Ə.Amaşov bildirib.
O qeyd edib ki, informasiya təhlükəsizliyinin təminatında vəziyyətin yaxşılaşması üzrə irəliləyişlər olduğu kimi, çatışmazlıqlar da var.
“Düzgün olmayan informasiya yayan şəxslərin və KİV-in msuliyyətə cəlb olunmasını nəzərdə tutan bəzi düzəlişlər qanunverici qaydada təsqiq edilib. Mətbuat Şurası KİV orqanlarının redaksiyalarında kollektiv ilə görüşlərin keçirilməsi və tədris kurslarının təşkilini planlaşdırır”, - deyə Ə.Amaşov qeyd edib.
“Müdafiə Nazirliyi dövlət başçısı 24 sentyabr tarixli sərəncamına əsasən informasiya təhlükəsizliyinin təminatı, dövlət sirrinin qorunması ilə baölı tədbirlər planı hazırlayıb. Planla nəzrədə tutlan qaydalar o cümlədən təmas xəttində baş verən hadisələrin işıqlandırılması zamanı daha peşəkar yanaşmaya imkan verəcək”, - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı vurğulayıb.
Onun sözlərinə görə, qeyd olunan sənəd bütün hərbi hissə və bölmələrə göndərilib, Müdafiə Nazirliyinin rəhbərliyi isə Silahlı Qüvvələrin şəxsi heyəti ilə bu məsələyə dair görüşlər keçirib.
“O cümlədən, cəbhə bölgəsində hərbi hissələrə jurnalistlərin akkreditasiya və ezamiyyəti qaydaları ilə bağlı sənəd hazırlanaraq Nazirlər Kabinetinə təsdiq edilməsi üçün göndərilib”, - deyə V.Dərgahlı əlavə edib ki, cəbhə bölgəsində olan regionların əhalisi ilə bu istiqamətdə müvafiq təbliğat xarakterli iş aparılır.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət