Bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi məqsədilə 3 minə yaxın yer yaradılıb. Bu barədə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev məlumat verib.
“Azərbaycanda azad toplantıların keçirilməsinə hüquqların təmin edilməsi məqsədilə təbliğat tədbirlərinə diqqət gücləndirilib. Bununla əlaqədar bələdiyyə seçkilərində namizdlərin təbliğat kampaniyalarının və seçicilərin görüşlərinin keçirilməsi üçün 2 min 837 açıq və qapalı yerlər müəyyən edilib”, - deyə Z.Nağdəliyev İcra Hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri üçün informasiya sessiyasında bildirib.
Onun sözlərinə görə, 1401 yer açıq, 1436 yer qapalı olacaq.
“Həmçinin, Bakıda namizdələrin seçicilərlə görüşlərinin keçirilməsi üçün 53 açıq və eyni sayda qapalı yer müəyyən edilib”, - deyə Z.Nağdəliyev qeyd edib.
Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb ki, Azərbaycanda demokratiyanın təmin edilməsi üzrə müvafiq islahatlar həyata keçirilib.
“Bələdiyyə seçkiləri prezidentin diqqət mərkəzindədir. O dəfələrlə bəyan edib ki, məmurların heç biri onların keçeirlməsinə zərər verə bilməz. Dövlət başçısı vurğulayıb ki, İcra Hakimiyyətlərininin başçıları və digər dövlət strukturlarının nümayəndələri seçkilərin keçirilməsi prosesinə müdaxilə etməməlidir. Seçici prosesini pozan və müdaxilə edən şəxs məsuliyyətə cəlb olunacaq”, - deyə Z.Nağdəliyev vurğulayıb.
Onun sözlərinə görə, həmçinin seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə ciddi diqqət ayrılır.
“Azərbaycanda hər zaman seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri şərait təmin edilir, bunu beynəlxalq təşkilatlar dəfələrlə təsdiq ediblər”, - deyə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vurğulayıb.
Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçiriləcək. Seçkilərin nəticələrinə görə 118 seçki dairəsində 1607 bələdiyyəyə 15 min 35 üzv seçiləcək.
MSK bələdiyyə seçkilərində iştirak etmək üçün 36 min 770 nəfərin namizədliyini qeydiyyata alıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət