İqtisadiyyat və Sənaye Nazirliyi 2015-ci ildə iqtisadi tədqiqatlar üzrə layihələrin maliyyələşdirilməsi üçün nazirlik, idarə və təşkilatlardan ərizələrin qəbuluna müsabiqə elan edib. Bu barədə nazirliyin elanında qeyd olunur.
Layihələrin seçimi üç istiqamətdə həyata keçiriləcək: ortamüddətli və uzunmüddətli layihələrin və normativ sənədlərin hazırlanması; tövsiyyələrin təhlili və hazırlanması; kompyuter-texniki bazanın yaradılması.
Xüsusilə, ortamüddətli və uzunmüddətli layihələrin və normativ sənədlərin hazırlanması iqtisadiyyatda struktur dəyişikliklərin aparılması üzrə layihələrlə, iqtisadiyyatda idarəetmənin efektivliyinin artırılması, sənayedə struktur dəyişikliklərin aparılması, investisiya proseslərinin aktivləşməsi, istilik- enerji kompleksinin inkişafı, təbii inhisarın fəaliyyətinin tənzimlənməsi, regionların inkişafı, məşğulluq problemlərinin həlli, ASK-nin inkişafı ilə əlaqədar olmalıdır.
Bundan başqa, bu istiqamətdə layihələr ixrac strukturunun təkmilləşdirilməsi v istehlak bazarının tənzimlənməsi, maliyyə-bank, vergi və gömrük sistemlərinin təkmilləşdirilməsi, sosial sahədə islahatların aparılması (əməyin ödənişi, mənzil-kommunal təsərrüfatı, təhsil, səhiyyə, pensiya sistemində), təbii resusların daha səmərəli istifadəsi və ekologiyaya mənfi təsirin azalması ilə bağlı ola bilər.
Tövsiyyələrin təhlili və hazırlanması üzrə layihələr sosial-iqtisadi inkişafın qiymətləndirilməsi və müvafiq tövsiyyələrin hazırlanması; ayrı-ayrı sahələrin infrastrukturunun təhlili və tövsiyyələrin hazırlanmasıdır.
Bundan başqa, bunlar bank sektoru, valyuta bazarının fəaliyyəti və pul üzrə analitik işlər, iqtisadiyyata investisiyalar prosesi, özəlləşdirmənin aparılması, xarici iqtisadi əlaqələrin inkişafı, istehlak bazarının formalaşdırılmasının tənzimlənməsi ola bilər. Bununla yanaşı, bu istiqamətdə bütün tədqiqat işlərinə təhlilin nəticələri və vəziyyətin yaxşılaşdırılması üzrə tövsiyyələr daxildir.
Kompyuter-texniki bazanın yaradılması üzrə layihələr zəruri avadanlığın alışı və quraşdırılması, informasiya təminatı sisteminin abunəçi mərkəzinin yaradılması, məlumat bazasının yaradılması, müxtəlif proqram təminatının hazırlanması ilə əlaqədar olmalıdır.
Şərtlərə əsasən, bir layihənin dəyəri 50 min manatı ötməməlidir və layihənin icrası 2015-ci il dekabr ayından gec olmayaraq başa çatmalıdır.
Bu layihə və tədqiqatların maliyyələşdirilməsi 2015-ci il üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.
Müsabiqə üzrə təkliflərin qəbulu 7 yanvar 2015-ci il tarixinə qədər qəbul edilir.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət