“VTB Bank (Azerbaijan)” Rusiyanın SWIFT sistemindən kənarlaşdırılması ehtimalında ödənişlərini “AtaBank” ASC vasitəsilə həyata keçirə bilər. Bu barədə məlumatda sözlərinə istinad edilən “Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.
“Rusiya banklarının SWIFT beynəlxalq sistemindən kənarlaşdırılması ehtimalı çox azdır. Bankın ekspertləri qlobal operatorun bəyanatının buna əsas gətirir. Əgər Rusiya SWIFT sistemindən kənarlaşdırılarsa, “Bank VTB (Azerbaijan)” öz ödənişlərini bankın 49% səhmlərinə sahib olan “AtaHolding” ASC-nin tərkibindəki “AtaBank” vasitəsilə həyata keçirə bilər”, - deyə Y.Yakovlev qeyd edib.
Beynəlxalq bank məlumatları mübadiləsi sistemi olan SWIFT ona göstərilən siyasi təzyiqə görə Rusiyanı öz xidmətlərindən kənarlaşdırmaq niyyətində olmadığını rəsmən bəyan edib. SWIFT öz bəyanatında xatırladır ki, bu, Belçika qanunvericiliyinin tabeçiliyində olan neytral qlobal operatordur. Şirkət bəyan edir ki, Rusiyanın beynəlxalq bank məlumatları mübadiləsi sistemindən kənarlaşdırılması barədə Avropa Parlamentinin tövsiyələri SWIFT-in hüquqlarını pozur və onun nüfuzuna ciddi ziyan vurur.
Hazırda 210 ölkənin 10 mindən artıq maliyyə təşkilatının qoşulduğu SWIFT şəbəkəsi vasitəsi ilə gün ərzində $6 trln.-dan çox həcmdə ödəniş aparılır: Rusiya SWIFT sistemindən istifadə edənlərin sayına görə ABŞ-dan sonra ikinci yerdədir.
A.Axundov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət